Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına tələbatı əsasən yerli istehsal hesabına ödənilir

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edərək deyib: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin”.

Dövlətimizin başçısının bu tövsiyə və tapşırıqlarının vaxtında və təxirə salınmadan yerinə yetirilməsi üçün son illər Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Muxtar respublikada özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasının təməli ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə – ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. Bu prosesin ilk mərhələsi 2000-ci ildə başa çatdırılıb: 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə edən islahatlar nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilib.

Artıq muxtar respublikada yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına və nəticə etibarilə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş kartofçuluğun, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarının, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası aqrar sahənin davamlı inkişafına zəmin yaradır.

Qədim diyarın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdəndir. Digər tərəfdən fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafını stimullaşdırır, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olur. Belə ki, 2014-cü ildə muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb. İlin 9 ayında 109 min 624 ton dənli və dənli-paxlalılar, 4 min 225 ton dən üçün qarğıdalı, 663 ton günəbaxan, 63 min 753 ton tərəvəz, 41 min 405 ton kartof, 34 min 339 ton bostan məhsulları, 34 min 495 ton meyvə, 9 min 427 ton üzüm istehsal olunub.

Əkinçiliyin inkişafında əsas amillərdən olan müasir suvarma şəbəkəsinin yaradılması da diqqət mərkəzindədir. Muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, mütəmadi meliorasiya tədbirləri həyata keçirilir ki, bu da su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Hazırda “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yeni suvarma şəbəkəsi qurulur, rayon ərazisində nasos stansiyası, suqəbuledici və supaylayıcı hovuzlar tikilir. Həmçinin aparılan yenidənqurma işləri nəticəsində Uzunoba Su Anbarının həcmi 8 milyon kubmetrə çatdırılıb və nəticədə Kəngərli rayonunda 3300 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatmaq mümkün olub. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən daha bir layihə əsasında bu il Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılıb, 1500 hektara yaxın torpaq sahəsinin suvarılması yaxşılaşdırılıb.

Yüksək keyfiyyətli qida, xüsusən ət və süd məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Hazır­da muxtar respublikada 109 min 822 baş iribuynuzlu mal-qara, 668 min 933 baş xırdabuynuzlu heyvan saxlanılır. Bundan başqa, iribuynuzlu mal-qaranın cins tərkibini daha da yaxşılaşdırmaq və məhsuldar mal-qaranın xüsusi çəkisini artırmaq üçün “Naxçıvan Aqrolizinq” ASC tərəfindən 1181 baş “Holştin-friz”, 423 baş “Simmental” və 84 baş “Şvis” cinsli yüksək məhsuldar mal-qara gətirilərək sahibkarlara satılıb. Həmçinin əhalinin yumurta və quş ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə də xüsusi diqqət yetirilir, yeni quşçuluq təsərrüfatları yaradılır. Hazırda muxtar respublikada 63 quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin 9 ayı ərzində diri çəkidə 14 min 968 ton ət, 66 min 399 ton süd, 854 ton yun, 60 milyon 984 min ədəd yumurta istehsal olunub.

Kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizata da xüsusi önəm verilir. 2005-ci ildə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınır, lizinq yolu ilə sahibkarlara və torpaq mülkiyyətçilərinə satılır. Təkcə 2014-cü ilin ötən dövründə muxtar respublikaya 235 ədəd kənd təsərrüfatı texnikası gətirilib.

Əhalinin il boyu meyvə-tərəvəz məhsulları ilə təmin edilməsi muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar və sahəsi 52 min 316 kvadratmetr olan 12 istixana kompleksi fəaliyyət göstərir.

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.

Ümumiyyətlə, həyata keçirilən aqrar siyasətin nəticəsi olaraq, bu gün tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaradılıb. 2014-cü ilin 9 ayında muxtar respublikada 270 milyon 668 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Hazırda əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə, cari ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı subyektlərinə 13 milyon 211 min manatdan çox kreditin verilməsi təmin olunub. Bu da keçən ilin müvafiq göstəricisindən 35,2 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun strukturuna daxil olan bölmələr tərəfindən torpaq mülkiyyətçiləri və fermerlərlə fərdi izahat və maarifləndirmə işi davam etdirilir, torpaqlardan səmərəli istifadə olunması, məhsuldar toxum sortlarının əkilməsi barədə kənd əməkçilərinə məsləhətlər verilir.

Bütövlükdə, nümunəvi torpaq islahatı, aqrar-sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində atılan mühüm addımlardandır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı