REGİONLAR
Naxçıvan Muxtar Respublikasında üç əsrə şahidlik edən ən uzunömürlü sakinlə görüş
AZƏRTAC xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları çıxış edərək bildiriblər ki, muxtar respublikada uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqları qayğısına qalınır, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir. Mütəmadi olaraq onlara evlərində baş çəkilir, sosial problemləri yerindəcə həll edilir.
Qönçə Hümbətova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Qönçə Hümbətova 1898-ci il iyulun 1-də Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndinin sakinlərini öz doğma yurd-yuvalarından qovmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar. Üç əsrə şahidlik edən Qönçə Hümbətovanın bir oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.