REGİONLAR


“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə hazırlanıb

A+ A

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar işçi qrupunun növbəti görüşü olub.

Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ikicildliyin birinci cildinin fəsillər üzrə xronoloji ardıcıllıqla toplanılmış məqalələrinə baxılıb, şəkillər, xəritələr, cədvəllər sonuncu dəfə nəzərdən keçirilib.

İlk dəfə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan ikinci cildin bu ilin sonunadək çap edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.