Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın təqdimat mərasimi keçirilib

Naxçıvan, 27 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il martın 17-də imzaladığı Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub.

AZƏRTAC xəbər verir ki, aprelin 26-da atlasın təqdimatı keçirilib. Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri üzrə redaksiya heyətinin sədri Asəf Məmmədov tədbiri açaraq deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında imzaladığı 2016-cı il 17 mart tarixli Sərəncamında qarşıya qoyulan vəzifələrin təmin edilməsi üçün redaksiya heyətinin 2016-cı il noyabrın 29-da keçirilən ilk iclasında müvafiq işçi qrupu yaradılıb və işin icrasına başlanıb. Müvafiq dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətinin nəticəsidir ki, atlas yüksək səviyyədə hazırlanaraq nəşr olunub. 6 bölmədən ibarət olan atlasda təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib.

Asəf Məmmədov “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti adından atlasın nəşrinə göstərdiyi qayğıya görə muxtar respublika Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək deyib: Bu gün fövqəladə hal riskləri artıb, insanların həyat və fəaliyyətlərinin təhlükəsizliyini təmin etmək zərurəti ön plana çıxıb. Bu zərurəti nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı il martın 17-də “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Ali Məclis Sədrinin Sərəncamına əsasən hazırlanan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir.

Ali Məclis Aparatının rəhbəri bu zəruri nəşr münasibətilə təqdimat iştirakçılarını təbrik edib, fövqəladə hallar atlasının nəşrinə göstərdiyi hərtərəfli dəstəyə və yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun strukturuna daxil olan qurumlar üçün müasir iş və xidmət şəraiti yaradılıb, yeni yanğınsöndürmə avtomobilləri və müxtəlif təyinatlı texniki avadanlıqlar alınıb. Nazirliyin mərkəzi aparatı və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması sahəsində də tədbirlər görülüb. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri də bu sahədə görülən işlərin məntiqi davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunan atlas fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcək. Atlasda fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması üzrə tədbirlər sistemli şəkildə təqdim olunur. Kitabın birinci bölməsində Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi şəraiti və inzibati ərazi bölgüsü ilə bağlı məlumatlar əksini tapıb. İkinci bölmə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili məsələlərini əhatə edir. Təbii fövqəladə hal mənbələrinin mövcudluğu, yayılma arealı və təhlükəsi, əvvəlki illərdə muxtar respublikada baş vermiş bu tip təbii fəlakətlər, onların vurduğu ziyan haqqında statistik məlumatlar nəşrin üçüncü bölməsində verilib. Oxucu bu bölmədə muxtar respublikada fövqəladə halların şəhər və rayonlar üzrə təhlükəlilik riski, xüsusiyyətləri, təhlükə göstəriciləri və onlara qarşı qabaqlayıcı tədbirlər sistemi ilə tanış ola bilər. Atlasın dördüncü bölməsində aqroiqlim təhlükələri və riskləri araşdırılır. Burada muxtar respublika iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatına mənfi təsir göstərə biləcək əlverişsiz iqlim amilləri şərh olunur. Bu bölmədə muxtar respublikanın şəhər və rayonlarında aqroiqlim ehtiyatlarının paylanması xüsusiyyətləri, həmçinin əkin sahələrinin əlverişsiz aqroiqlim hadisələrinə məruzqalma səviyyəsi təhlil olunub, zəruri tövsiyələr verilib. Atlasda ümumi, yerli və xüsusi səciyyə daşıyan fövqəladə hallar da tədqiqata cəlb olunub. Müasir dövrdə sənayeləşmənin sürətlənməsi, əhalinin və istehsal sahələrinin enerji daşıyıcılarına tələbatının artması, istehsalatda daha mürəkkəb texnologiyaların tətbiqi, öz növbəsində, texnogen təhlükələri də artırıb. Atlasın texnogen təhlükələr və risklərə həsr olunmuş beşinci bölməsində texnogen fövqəladə hal təhlükəsinin yaranması xüsusiyyətlərindən, texnogen fövqəladə halların təhlükə riskinin daha çox olduğu ərazilərdən, qəzaların qarşısının alınması üçün müəyyənləşdirilmiş profilaktik tədbirlərdən bəhs olunur.

Diqqətə çatdırılıb ki, atlasın sonuncu – altıncı bölməsi “Sosial-bioloji təhlükələr və risklər” adlanır. Naxçıvan Muxtar Respublikasının xarici dövlətlərlə, xüsusilə düşmən ölkə ilə sərhəddə yerləşməsi qeyd olunan risklərlə bağlı ciddi tədbirlərin görülməsini taleyüklü məsələlər sırasına çıxarıb. Atlasın bu bölməsində təhlükəli xəstəliklərin hər biri haqqında ayrıca məlumatların verilməsi ilə yanaşı, həm də onların yayılma riskləri və profilaktikası sahəsində görüləcək tədbirlər ətraflı izahını tapıb. Qeyd olunan xüsusiyyətlər atlası, fövqəladə hallar üzrə ensiklopedik məlumatları özündə əks etdirən nəşr, eləcə də normativ-metodiki vəsait kimi dəyərləndirməyə əsas verir. Şübhə yoxdur ki, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılmasında bu nəşrdən faydalanacaqlar. Muxtar respublika Ali Məclisi Sədrinin fövqəladə halların qarşısının alınması, profilaktik tədbirlərin görülməsi sahəsində rəhbər göstərişləri aid orqanlar tərəfindən icra və fəaliyyət üçün diqqətdə saxlanmalı, Ali Məclis Sədrinin tapşırığına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” cari ilin may ayı ərzində şəhər və rayon icra hakimiyyətlərində yerli xüsusiyyətlər nəzərə alınaraq müzakirə edilməli, normativ, eləcə də metodiki sənəd kimi yerlərdəki aidiyyəti orqanlara çatdırılmalıdır.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” redaksiya heyətinin sədr müavini Şamı Abdullayev çıxış edərək deyib ki, fövqəladə hallar atlası fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması və təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Burada Fövqəladə Hallar Nazirliyinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının güc və qüvvələrinin tərkibi, onların eşalonlaşdırılması və fövqəladə hallarda tətbiqi ilə bağlı müvafiq müddəalar öz əksini tapıb. Fövqəladə hallar atlası təbii və texnogen fəlakətlərin, sosial-bioloji təhlükələrin qarşısının alınmasında və profilaktik tədbirlərin yerinə yetirilməsində metodiki sənəd kimi istifadə olunacaq.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov diqqətə çatdırıb ki, müasir dünyada baş verən çoxsaylı kiçikmiqyaslı müharibələr, iqlimin qlobal istiləşməsi, içməli su mənbələrinin azalması, aclıq, yeni yaranan xəstəliklər, xüsusilə infeksion xəstəliklərin yayılması, təbii, texnogen fəlakətlər və qəzalar insanın gələcəkdə böyük təhlükələrlə qarşı-qarşıya olduğunu göstərir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” mühüm əhəmiyyətə malikdir. Atlas həm də muxtar respublikada insan amilinə verilən dəyərin ifadəsidir. Eyni zamanda, bu nəşr Naxçıvan Muxtar Respublikasında proqnozlaşdırılan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması kimi aktual məsələni də daim diqqət mərkəzində saxlamağa imkan verəcək.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanarkən muxtar respublikada son 30 ildə baş verən bu tip hadisələr və onların törətdiyi fəsadlar araşdırılıb. Ərazilərdə sel, daşqın, subasma hadisələrinin statistikası, bu hadisələrin təkrarlanması intensivliyi öyrənilib, sürüşmə hadisələri baş vermiş və ehtimal olunan ərazilər və onların başvermə səbəbləri araşdırılıb. Su və külək eroziyası, torpaqların şoranlaşması, tozlu fırtınalar və onların fəsadları, güclü yağış, külək, dolu təhlükələrinin statistikası və başvermə intensivliyi təhlil edilib. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə halların ekoloji nəticələrini aradan qaldırmaq üzrə işlərə metodiki rəhbərlik etməkdə, eləcə də bir çox digər tədbirlərin operativ yerinə yetirilməsində istiqamətverici metodik vəsait kimi muxtar respublika ekoloqlarının yol xəritəsi və etibarlı mənbə rolunu oynayacaq.

Sonda tədbir iştirakçılarına “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir