Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Naxçıvan Muxtar Respublikasının hakim yüksəkliklərində etibarlı müdafiə sistemi yaradılıb

Naxçıvan, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin döyüş fəaliyyəti xeyli yüksəldilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, təmas xəttində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Şəxsi heyətlə görüşən Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi təşkili Soyuq bölgəsində xidmət edən hərbi qulluqçuların qarşısında duran əsas vəzifələrdir. Müasir şərait, təlimlərin təşkili, silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz tərəfindən hərbçilərimiz üçün hər cür şərait yaradılır, onların sosial müdafiəsinin gücləndirilməsinə, xidmətin nümunəvi təşkilinə diqqət və qayğı göstərilir. Son illər Soyuq bölgəsində xidmətin təşkili üçün lazımi şərait yaradılmış, bölmələrin maddi-texniki təchizatı artırılmışdır. Gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək. Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər münasibətlərinin düzgün qurulması və qarşılıqlı hörmət hərbi xidmətin əsasını təşkil edir. Əsgər və zabitlər arasında münasibətlər bu prinsip üzərində qurulmalı, xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil edilməlidir”.

Ali Məclisin Sədri deyib: İnsanın şəxsiyyət kimi formalaşmasında hərbi xidmət vacib amildir. Çünki hərbi xidməti uğurla başa vuran hər bir Azərbaycan gənci gələcəkdə ölkəmizin inkişafına da öz töhfəsini verəcək. Bu gün Azərbaycan ordusunda yaradılan şərait xidmətin nümunəvi təşkilinə və torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik yaradır.

Zabitlərdən Natiq Musayev və Elşən Orucov şəxsi heyət adından minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Vətən torpaqlarının etibarlı müdafiəsinə şərait yaradıb. Xalq-dövlət-ordu birliyi hərbi qulluqçuların vətənpərvərlik hisslərini daha da artırır, xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir. Soyuq bölgəsində xidmət edən hər bir əsgər və zabit onlar üçün yaradılan şəraiti ölkəmizdə ordu quruculuğunun nəticəsi kimi dəyərləndirir, torpaqlarımızın müdafiəsini etibarlı təşkil edirlər.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar və digər xidməti binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsində lazımi dərman vasitələri ilə təchiz edilib. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir. Baxış zamanı şəxsi heyətin vaxtlı-vaxtında müayinə olunmasının vacibliyi bildirilib, tibbi xidmətin təşkilinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

İdeoloji otaqda hərb elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb, hərbi və bədii kitablar qoyulub, müxtəlif məlumat stendləri asılıbdır. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Ərzaq anbarlarına baxış zamanı məlumat verilib ki, burada 8 aylıq ərzaq ehtiyatı yaradılıbdır. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları var.

Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.

Sonra Ali Məclisin Sədri digər bölmələrdə olub, hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.

Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri Soyuq bölgəsində dəfələrlə olduğunu bildirərək deyib ki, hər bir ölkənin mövcudluğu onun sərhədlərindən başlanır. Döyüş bölgəsindəki şəxsi heyət qarşısında yalnız bir xidməti vəzifə durur: bu da Vətən torpaqlarının və sərhədlərimizin etibarlı qorunmasıdır. Lakin çətin dağlıq şəraitdə hərbi xidmətdə olan hər bir əsgər və zabit unutmamalıdır ki, o, yalnız sərhədlərimizin deyil, həm də ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır. Soyuq bölgəsində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması da yaradılan şəraitin və xidmətin düzgün təşkilinin nəticəsidir. Qarşılıqlı hörmət və dostluq münasibətlərinin yaradılması üçün “hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipi şəxsi heyətin xidməti fəaliyyətinin əsasını təşkil etməlidir.

Vətən torpaqlarının qorunmasında əsgərlərə mərdlik və mübarizlik arzulayan Ali Məclisin Sədri muxtar respublikanın çətin dağlıq şəraitində yerləşən hərbi hissələrinin bundan sonra da diqqət mərkəzində olacağını bildirib.

Əsgərlərdən Rövşən İmaməliyev, Əli Zeynalzadə və digərləri qeyd ediblər ki, Ali Məclis Sədrinin muxtar respublikanın çətin dağlıq ərazilərində xidmət edən hərbi qulluqçularla görüşü şəxsi heyətin mübarizə əzmini, vətənpərvərlik hisslərini daha da artırır. Bu gün dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən şəxsi heyət xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olub.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində döyüş tapşırığının yerinə yetirilməsi, hərbi texnikanın döyüşə hazırlıq vəziyyəti və hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti haqqında məlumat verib.

Qeyd olunub ki, muxtar respublikanın strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik əsgər və zabitlərimiz xidmət edir. Şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Postlar arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və postlar müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar isə ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir.

Bildirilib ki, Soyuq bölgəsində yeni xidməti və yaşayış binalarının inşası da nəzərdə tutulub. Aparılan tikinti işlərindən sonra xidmətin daha səmərəli təşkili təmin olunacaq, şəxsi heyətin məişət şəraiti xeyli yaxşılaşdırılacaq.

Ali Məclisin Sədri binaların yerləşəcəyi ərazilərə baxıb, tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Müşahidə məntəqəsinə baxış zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılma qaydaları və şəxsi heyətlə keçirilən təlimlər barədə məlumat verilib. Ön xətdə mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, onların müdafiə qüdrəti xeyli gücləndirilib, postlar arasında əlaqə yolları çəkilib, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülüb.

Ali Məclisin Sədri təmas xəttində yerləşən hərbi birləşmələrdə bundan sonra da döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO