REGİONLAR


Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti ixtisasartırma kursuna başlanılıb

A+ A

Naxçıvan, 24 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Yükləmə-boşaltma və yüklərin daşınması işləri zamanı əməyin mühafizəsi qaydalarına əməl olunması” mövzusunda ixtisasartırma kursuna başlanılıb.

AZƏRTAC xəbər verir ki, beş iş günü davam edəcək kursa Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin, “Cahan-İnşaat”, “Gəmiqaya Yol, Su, Enerji”, “Dizayn Nəqliyyat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Texniki İnzibati Binaların Təmir-Tikinti, Naxçıvan Yol Təmir-Tikinti, Naxçıvan Şəhər Yaşıllaşdırma və Naxçıvan Şəhər Sanitar Təmizlik idarələrinin, Ordubad və Babək Rayon Kommunal Müəssisələri kombinatlarının əməyin mühafizəsi üzrə mütəxəssisləri cəlb edilib.

Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Yükləmə-boşaltma və yüklərin daşınması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi”, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq olaraq istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi qaydaları ilə bağlı mövzular tədris olunur.

Kurs iştirakçılarına maarifləndirici bukletlər təqdim olunub və yekunda bilikləri yoxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.