Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq qatarının ilk sərnişinləri yaradılan şəraitdən razılıq edirlər

Naxçıvan, 5 yanvar, AZƏRTAC

Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasının sakinləri üçün əlamətdar bir hadisə baş verdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başladı. Sakinlər üçün əsl bayram hədiyyəsi olan bu qatarın fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Belə ki, qatarın fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq yeni mərhələdə genişlənəcək. Bu, xüsusilə, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaq, səmərəli əməkdaşlıq qurulacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ilə 57 sərnişin ötən il dekabrın 29-da Naxçıvan şəhərindən yola düşdü. Yanvarın 3-də isə onlardan bəziləri ilə yanaşı, Məşhəddən, Tehrandan, Təbrizdən olan sərnişinlər həmin qatarla Naxçıvan Muxtar Respublikasına gəldilər. Sərnişinləri qarşılamaq və onların səfər təəssüratlarını öyrənmək məqsədilə Naxçıvan şəhərindəki dəmir yolu vağzalına yollandıq. Yenidən bərpa edilən, daha doğrusu, mükəmməl şəkildə yenidən qurulan vağzal binasına baxdıqca ötən günləri xatırladım. Bir vaxtlar Naxçıvan dəmiryolu vağzalı ən səsli-küylü yerlərdən biri sayılırdı. Çünki keçmiş Sovet İttifaqı dönəmində paytaxt Bakıya və ittifaqın digər şəhərlərinə getmək istəyən naxçıvanlıların ən sıx istifadə etdiyi nəqliyyat növlərindən biri də sərnişin qatarları idi. Bədnam qonşularımızın təcavüzkar siyasəti bütün sahələrlə yanaşı, dəmir yolu nəqliyyatına da öz sarsıdıcı zərbəsini vurdu. 1990-cı illərin əvvəllərində bütün kommunikasiya xətləri ilə birlikdə, paytaxta doğru uzanan dəmir yolu xətti də bağlandı. Naxçıvan blokada vəziyyətinə salındı. Lakin ötən illər ərzində Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində muxtar diyarımız bütün çətinlikləri bir-bir dəf etdi. Naxçıvanın hərbi, ərzaq, enerji təhlükəsizliyi təmin edildi, xarici ticarət əlaqələri yaradıldı, informasiya blokadası darmadağın edildi. İndi isə növbə dəmir yolu nəqliyyatına çatmışdı. Bu gün Naxçıvan Muxtar Respublikasının dəmir yolları şəbəkəsi İran İslam Respublikasının dəmir yolu xətlərinə qoşulmaqla daha geniş areala açılmaq imkanı əldə edib. Gələcəkdə qardaş Türkiyə Respublikası ilə birgə tikintisi planlaşdırılan Naxçıvan-Qars dəmir yolu xətti reallaşdığı təqdirdə isə regionda İpək Yolu yenidən canlanacaq və dəmir yolu nəqliyyatı, necə deyərlər, özünün qızıl dövrünə qədəm qoyacaq.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fit səsi məni xəyallardan ayırır. Ətrafda nəzərəçarpacaq canlanma yaranmışdı. Əvvəlki illərdə olduğu kimi, doğmalarını qarşılamağa gələnlərin sayı hər dəqiqə artırdı. Hər kəs həyəcanla gözləyirdi. Qatar yavaş-yavaş sərnişin platformasına yan alır. Sərnişinlər onları qarşılamağa gələnlərlə görüşürlər. Biz də yaxınlaşıb qatarın ilk sərnişinlərindən səfər təəssüratlarını soruşuruq. Muxtar respublikanın Babək rayonunun Babək qəsəbəsindən olan Rza İsmayılov deyir: “Mən 4-cü dəfədir, Məşhədə gedirəm. Tam səmimi deyirəm ki, indiyədək hələ bu cür rahat şəkildə getməmişdim. Əvvəllər avtobuslarla gedirdik. Həqiqətən də yol əziyyətli olurdu. İndi isə çox rahat getdim. Qayıdanda da yol rahat oldu. Bilirsiniz, qatarla səyahət etmək çox maraqlıdır. Yol boyu pəncərədən keçdiyimiz yerlərə baxmışam. Rahatlığımız tam təmin edildiyinə görə, heç bir problemimiz olmadı. Bu, dövlətimizin bizə göstərdiyi çox böyük qayğının nəticəsidir. Buna görə də dövlətimizin başçısına səmimi qəlbdən minnətdarlıq edirəm”.

Bu məqamda həmin rayondan olan Gövhər İsmayılova da söhbətə qoşulur: “Gözəl şəraitə malik qatarla Məşhədə yola düşdüyümüz üçün sevinirəm. Allah bütün arzusunda olanlara qismət etsin.. Mən ziyarətdə olarkən bizə bu şəraiti yaradanlara, xüsusən, dövlətimizin başçısına dua etdim. Bu, dövlətin vətəndaşlarına göstərdiyi diqqətin, qayğının ən bariz nümunəsidir. Bundan sonra bu qatarla hər kəs İrana çox rahat şəkildə gedə biləcək. Oradan da çoxsaylı turist Naxçıvana gələcək. Çünki Naxçıvanda çox gözəl ziyarətgahlarımız, gəzməli-görməli yerlərimiz var. Təkcə Əshabi-Kəhfi, imamzadələri qeyd etmək kifayətdir. İranda insanlarla söhbət edərkən, onlar da bu qatarla Naxçıvana ziyarətə gəlmək arzusunda olduqlarını deyirdilər. İnşallah, qarşılıqlı gəliş-gedişlərimiz artacaq. Dövlətimizin qayğısı nəticəsində insanlar bundan sonra da bu qatarla istədikləri yerə gedəcəklər. İnşallah, gələcəkdə Naxçıvan-Bakı qatarı da açılar. Biz də paytaxt Bakımıza qatarla yola düşərik”.

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı ilə Naxçıvana gələnlər arasında iranlı turistlər də vardı. Onlardan birinə yaxınlaşırıq. Öyrənirik ki, Hadi Qasimi qonşu ölkənin Məşhəd şəhərinin sakinidir. O, sərnişin qatarının fəaliyyətə başlamasını mətbuatdan öyrənib və qərara alıb ki, bu qatarla qədim Naxçıvana səyahət etsin. Hadi Qasimi deyir: “Çox şadam ki, Azərbaycanın qədim guşəsi olan Naxçıvana gəlmişəm. Bu qatarın sərnişinlərini də təbrik edirəm ki, onlar tarixi bir hadisənin ilk şahidləridirlər. Qatarda hər cür şərait yaradılıb. Burada sərnişinlər üçün restoran fəaliyyət göstərir, televizor qoyulub. Biz sərnişinlərin rahatlığı üçün yaradılan bu şərait məni çox sevindirdi. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”.

Məşhəd şəhərinin sakini onu da qeyd etdi ki, sərnişin qatarının fəaliyyətə başlaması gediş-gəlişi daha da artıracaq. “Naxçıvan bizim üçün doğma diyardır. Burada çoxsaylı gözəl ziyarətgahların olduğunu bilirik. Hər kəs istəyər ki, Naxçıvana gəlsin və həmin ziyarətgahları ziyarət etsin. Naxçıvanın həm təbiəti, həm də infrastrukturu çox gözəldir. Biz buna sevinirik. İnanıram ki, bundan sonra Naxçıvana çox sayda iranlı turist gələcək”, – deyə Hadi Qasimi vurğuladı.

Sərnişinlərin qatarda yaradılan şərait barədə dedikləri diqqətimi cəlb etdi. Vaqonlara yaxınlaşdım ki, buradakı şəraitlə yerindəcə tanış olum. Həqiqətən də, 3 ədəd müasirtipli sərnişin vaqonunun hər birində mükəmməl şərait yaradılıb. Hər biri kupe tipli vaqon 36 yerlikdir. Ümumilikdə, 108 nəfər sərnişin üçün nəzərdə tutulan vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib. Yəni sərnişinlərin rahatlığı üçün burada hər cür şərait var. Qiymətlər də münasibdir. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı (68,80 manat) təşkil edir. 196 kilometr olan Naxçıvan-Təbriz xətti ilə səyahət etmək istəyənlər isə 4,22 İsveçrə frankı (7,40 manat) ödəməlidir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Marşrut üzrə sərnişin biletlərinin satışını onlayn, Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan adi qaydada, eyni zamanda, İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks-istiqamətdə əldə etmək mümkündür. Sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə, 4-cü və bazar günləri səhər saat 6:54-də hərəkət edəcək və il ərzində 12 min sərnişin daşınacaq. Məşhəd şəhərinədək yolda hərəkət müddəti, təqribən 30 saatdır. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb.

Naxçıvan dəmir yolu vağzalından xoş təəssüratlarla ayrılırıq. Həm də sevinirik ki, Naxçıvanda biz müstəqillik tariximizdə bir ilkə şahidlik etdik. Bəli, ilk dəfədir ki, blokada vəziyyətində olan diyarımızda beynəlxalq sərnişin qatarı fəaliyyət göstərir. Gələcəkdə İran və Azərbaycan arasında dəmir yolu şəbəkəsinin birləşdirilməsi prosesi istiqamətində işlər başa çatdıqdan, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra biz daha böyük uğurların şahidi olacağıq. Bu mənada qarşıdakı illər nəqliyyat sektorunun sürətli inkişafı baxımından respublikamız, o cümlədən qonşu ölkələr üçün böyük ümidlər, gələcək vəd edir. Bundan Naxçıvan Muxtar Respublikasına da pay düşəcəyinə heç bir şübhəm yoxdur.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO