Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb

Naxçıvan, 30 dekabr, AZƏRTAC

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İki dost və qonşu ölkə arasında əlaqələrin daha da dərinləşməsinə yönəlmiş həmin sazişə əsasən bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayır.

Ali Məclisin Sədri yeni sərnişin qatarının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını və istifadəçiləri təbrik edərək deyib: Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verirdi. Qeyd etmək xoşdur ki, bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu imkanları nəzərə alaraq demişdir: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır”.

“Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, - deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulayıb, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək deyib ki, Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf xətti bu gün ölkəmizdə davam etdirilir. Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, dəmir yolu şəbəkəsi də yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Hazırda ölkəmizdə dəmir yolunun inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı da bu sahədə görülən işlərin davamıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçıları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrə öz töhfəsini verməkdədir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq sürətlə və hərtərəfli inkişaf edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Sərnişin qatarı Naxçıvan Muxtar Respublikası ilə İran arasında iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi sərnişin qatarının fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıraraq deyib ki, son illər Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edib. Bu inkişaf Azərbaycan-İran ikitərəfli münasibətlərinə də öz töhfəsini verməkdədir. Ötən əsrin 90-cı illərində Naxçıvanda əsası qoyulan ikitərəfli əlaqələr bu gün müxtəlif sahələrdə davam etdirilir. Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İran və Azərbaycan arasında dostluq qatarı olacaq, əlaqələri daha da genişləndirəcək, turizm və iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlıq qurulacaqdır.

İran İslam Respublikasının Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə çıxışında diqqətə çatdırıb ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ölkələrimiz arasında dəmir yolu nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu layihənin həyata keçirilməsi hər iki tərəfdən gediş-gəlişin artmasına, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaqdır.

Sonra yeni yaradılmış keçid rejim zonasına və sərnişin vaqonlarına baxış olub. Bildirilib ki, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında gömrük, miqrasiya, sərhəd buraxılışı və viza xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə yola düşəcək və il ərzində 12 min sərnişin daşınacaqdır. 40 İsveçrə frankı olan gediş haqqı biletin satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcəkdir. Naxçıvan və Culfa dəmiryol stansiyalarında biletlərin satışı təşkil olunub.

Sərnişin qatarı ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi kütləvi informasiya vasitələrinə qısa müsahibə verib, tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Saat 11:00-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı yola salınıb.

Naxçıvanda Azərbaycan-İran Biznes Forumu keçirilib

Dekabrın 29-da Naxçıvan Biznes Mərkəzində Azərbaycan-İran Biznes Forumu keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi biznes forumda iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Naxçıvanda Azərbaycan-İran Biznes Forumu öz işinə başlayır. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin vacib elementi olan bu cür görüşlərin, işgüzar forumların keçirilməsi artıq sistemli xarakter almışdır. Son illər nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən biznes sərgilərində hər iki tərəfdən sahibkarların iştirakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Təkcə 2016-cı ildə İranla Naxçıvan Muxtar Respublikası arasındakı Culfa və Şahtaxtı keçid məntəqələrindən hər iki tərəfdən 450 minə yaxın vətəndaş istifadə etmişdir.

Qeyd olunub ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvandan İrana müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti məhsulları və digər mallar alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu vardır. Biznes forumda hər iki tərəfdən sahibkarların iştirakını nəzərə alaraq bildirmək istəyirəm ki, sahibkarların qarşılıqlı əməkdaşlığı üçün burada geniş imkanlar vardır.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən biznes forumun Azərbaycan-İran əlaqələrinə öz töhfəsini verəcəyinə əminliyini bildirib, forum iştirakçılarını və qonaqları salamlayıb, təşkilatçılara təşəkkür edib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev çıxış edərək deyib ki, Azərbaycan-İran iqtisadi əlaqələri ilbəil genişlənir. Siyasi və iqtisadi sahədə əlaqələrin inkişafı həyata keçirilən birgə layihələrdə öz əksini tapır. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikası da yaxından iştirak edir. Hər iki tərəfdən iş adamlarının Naxçıvanda keçirilən Azərbaycan-İran Biznes Forumuna böyük maraq göstərməsi məmnunluq doğurur. Naxçıvan Muxtar Respublikasında yaradılan müasir infrastruktur, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər sahibkarlar üçün hərtərəfli şərait yaradır. Şahin Mustafayev biznes forum iştirakçılarına uğurlar arzulayıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib ki, Azərbaycan-İran əlaqələri qədim tarixə və ortaq dəyərlərə əsaslanır. Xalqlarımız arasında mənəvi bağlılıq vardır. Bütün bunların nəticəsində isə dövlətlərarası münasibətlərimiz, dostluq və qardaşlıq əlaqələrimiz ilbəil genişlənir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən ayrı düşüb və blokada şəraitində yaşayır. Ona görə də İran Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. İranın yaxın vilayətləri ilə Naxçıvan arasındakı əməkdaşlıq məmnunluq doğurur. İş adamlarının bu işdə yaxından iştirakına mühüm əhəmiyyət verilir. Mahmud Vaezi biznes forumun iş adamları arasında yeni imkanlar açacağını bildirib, bundan sonra da sahibkarların qarşılıqlı fəaliyyətinə dəstək veriləcəyini qeyd edib.

Sonra tədbir iştirakçıları Biznes Mərkəzdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən sərgiyə baxıblar. Muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələri və istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Naxçıvanlı sənətkarların əl işləri, nümayiş olunan xalçalar və rəsm əsərləri də maraqla qarşılanıb.

Sərgi ilə tanışlıqdan sonra sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Naxçıvanda Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclası olub

Dekabrın 29-da “Duzdağ” otelində Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclasının öz işini davam etdirməsini ikitərəfli əlaqələrin inkişafının daha bir göstəricisi kimi dəyərləndirib, aparılan müzakirələrin nəticəli olacağına əminliyini bildirib.

Ali Məclisin Sədri hökumətlərarası komissiyanın işinin uğurlu və nəticəli olması sahəsində göstərdikləri səylərə görə Azərbaycan Respublikasının və İran İslam Respublikasının prezidentlərinə hörmət və ehtiramını bildirib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev son 3 ildə ölkələrimiz arasında keçirilən tədbirlərdən danışıb, bu dövrdə hökumətlərarası komissiyanın iclaslarının səmərəli olduğunu qeyd edib. Şahin Mustafayev əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib, komissiyanın 11-ci iclasının yekunu olaraq imzalanan protokolun əhəmiyyətini diqqətə çatdırıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi komissiya çərçivəsində bir çox müzakirələrin aparıldığını bildirib, Bakıda və Naxçıvanda Azərbaycan-İran biznes forumlarının keçirilməsinin komissiyanın işinə töhfə verdiyini vurğulayıb. Nazir biznes forumlarda iranlı sahibkarın iştirak etdiyini diqqətə çatdırıb və bütün bunların əməkdaşlıq üçün yeni istiqamətlər açacağını qeyd edib.

Sonra Azərbaycan Respublikasının iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının yekun protokolunu imzalayıblar.

Protokola əsasən hər iki ölkə arasında ticarət, iqtisadiyyat, sərhəd, sənaye, enerji, su məsələləri, nəqliyyat, dəmir yolu, rabitə, mədəniyyət və turizm, səhiyyə, kənd təsərrüfatı, sosial müdafiə, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Duzdağ Fizioterapiya Mərkəzində olub, mərkəzin fəaliyyəti və burada insanlara göstərilən tibbi xidmətlə maraqlanıblar.

Araz çayı üzərində Ordubad-Marazad

Su Elektrik Stansiyası tikiləcəkdir

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən Araz çayı üzərində derivasiya tipli Ordubad-Marazad Su Elektrik Stansiyası tikiləcəkdir. 

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Ordubad-Marazad Su Elektrik Stansiyasının layihəsinə və stansiyanın tikiləcəyi əraziyə baxıblar.

Məlumat verilib ki, gücü 36 meqavat olan su elektrik stansiyasında tikinti işləri aparılarkən 235 metr uzunluğunda bənd və tutumu 1,5 milyon kubmetr olan su anbarı tikiləcək, 12 kilometrlik derivasiya kanalı çəkiləcəkdir. Həmçinin stansiyada tənzimləyici bənd, saniyədə 126 kubmetr su ötürmək gücünə malik olan suqəbuledici qurğu, çökəltmə hovuzu, stansiya binası və transformator yarımstansiyası quraşdırılacaqdır.

***

Həmin gün İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa gömrük-keçid məntəqəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini yola salıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb