REGİONLAR


“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Naxçıvan, 7 iyun, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduqları “Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitabın əvvəlində dialektik material toplanmış yaşayış məntəqələrinin siyahısı yer alıb, lüğət kitabının quruluşu və tərtib üsulu, istifadə edilmiş fonetik transkripsiya haqqında ətraflı məlumat verilib. Kitabın giriş hissəsində bölgənin coğrafi mövqeyi, təbiəti, demoqrafik və etnoqrafik xüsusiyyətləri şərh edilib. Nəşrdə Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt söz toplanılıb, onların mənası dəqiqləşdirilib, işlənmə məqamları verilib. Nəşrdə toplanılan sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını və məişətini özündə əks etdirir.

Bundan əlavə, kitabda bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki, türk dünyasında dialekt və şivələrdəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunur.

Qeyd edək ki, müxtəlif illərdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçilik şöbəsinin əməkdaşlarının “Naxçıvan dialekt və şivələri”, “Naxçıvan ağızlarının söz varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri” və “Naxçıvan şivələrinin frazeologiyası” kitabları çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.