REGİONLAR


Naxçıvan: ilin əvvəlindən bəri QİÇS-ə yoluxma halı qeydə alınmayıb

A+ A

Naxçıvan, 1 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi tərəfindən bu ilin ötən dövründə 4 min 661 nəfər müayinə olunub. Müayinələrin nəticələrinə əsasən QİÇS-ə yoluxma halı qeydə alınmayıb.

Əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də bu problem daim nəzarətdə saxlanılır. Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan şəxslər laborator müayinələrə cəlb olunur. Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə mübarizə şöbəsi üçün də müasir iş şəraiti yaradılıb, ən müasir laboratoriya avadanlıqları quraşdırılıb.

Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yeniyetmə və gənclər arasında söhbətlər aparılır, müxtəlif seminarlar keçirilir. Həyata keçirilən profilaktik tədbirlər zamanı xəstəliyin yayılma yolları, diaqnostikası, müalicəsi, qorunma tədbirləri haqqında vətəndaşlara ətraflı məlumat verilir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.