ELM VƏ TEXNOLOGİYA


“Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” kitabı nəşr olunub

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Ötən il dekabr ayının 3- 4-də Naxçıvanda “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” mövzusunda keçirilən elmi konfransın materialları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi rəyasət heyətinin qərarı ilə ayrıca kitab kimi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan kitabda Naxçıvan Bölməsi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət və Turizm Nazirliyi və digər müəssisə əməkdaşları tərəfindən müstəqillik illərində Naxçıvan MR-in ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər, habelə əldə olunan nailiyyətlər təhlil olunaraq işıqlandırılıb.

Konfrans materialları yeni nəşrin “Mündəricat”, “İqtisadiyyat”, “Tarix”, “Mədəniyyət”, “Təbiət, təbiəti mühafizə və ekologiya” bölmələrində dərc olunub.

Kitabda “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf və sosial perspektivlər (1995-2015)”, “Milli dəyərlərimiz yeni inkişaf mərhələsində”, “Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunması və bərpası” və digər məqalələr geniş oxucu kütləsinə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.