REGİONLAR
Naxçıvan: qarlı qış günlərində dağ keçilərinin qidaya olan tələbatı təmin edilir
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları biotexniki tədbirləri davam etdirirlər. Arazboyu Dövlət Təbiət Yasaqlığının əməkdaşları tərəfindən Nehrəm dağında məskunlaşan muflon və bezoar dağ keçilərinin qidalanması üçün əraziyə quru ot və daş duz dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərdə əsasən daş duz, qaba yem, buğda, arpadan istifadə olunur. Əsas məqsəd qış mövsümündə muflon və bezoar dağ keçilərinin qidaya olan tələbatının təmin edilməsidir.
Qeyd edək ki, muxtar respublika ərazisində qonur ayı, bəbir, cüyür, çöl donuzu kimi heyvanlara da rast gəlinir. Bütün bunlar xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və heyvanat aləminin çoxalması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]