REGİONLAR
Naxçıvan şəhər məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib
Naxçıvan, 5 mart, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan Naxçıvan şəhər məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Qurbanov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra Şahmat Mərkəzinin direktoru Emin Hacıyev şahmatçılara yarışın qaydaları barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 16 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Hər komandanın heyəti 4 oğlan və 2 qız şahmatçı olmaqla, 6 nəfərdən ibarət olub. Yekun nəticəyə əsasən, 8 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb.
Digər iki pillədə isə 14 və 5 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.