REGİONLAR


Naxçıvan şəhərində keçirilən növbəti əmək yarmarkasına 575 iş yeri çıxarılıb

Naxçıvan, 9 avqust, AZƏRTAC

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı təşkil olunan əmək yarmarkaları aktiv məşğulluq tədbirlərindən sayılmaqla, vətəndaşların böyük əksəriyyətinin daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın muxtar respublikada yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verdiyini bildirib.

Qeyd olunub ki, son illərdə Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində xeyli iş yerləri açılıb. Keçirilən əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov bildirib ki, aparılan məqsədyönlü siyasət nəticəsində muxtar respublika sakinlərinin rifah halı yaxşılaşıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.

Əmək yarmarkasına 62 müəssisədən 575 boş iş yeri təqdim olunub. Yarmarkada 42 nəfərə işə göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.