REGİONLAR


Naxçıvan şəhərində növbəti əmək yarmarkası təşkil olunub

A+ A

Naxçıvan, 8 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində növbəti əmək yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunan boş iş yerləri ilə tanışlıqdan əvvəl şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən, işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən danışıblar.

Sonra yarmarkaya gələnlər müxtəlif idarə, təşkilat və sahibkarlıq subyektlərindən təqdim edilən boş iş yerləri ilə tanış olublar.

Qeyd edək ki, 69 təşkilatdan 558 boş iş yerinin çıxarıldığı yarmarkada 40 nəfərə işə göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.