REGİONLAR


Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılması davam etdirilir

A+ A

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Son illər muxtar respublikada həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz və təhlükəsiz elektrik enerjisi və təbii qazla təminatına da əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin iyul ayından Naxçıvan şəhərinin müxtəlif məhəllələrində təmir edilmiş ictimai yaşayış binaları və fərdi yaşayış evləri yeni sayğaclarla təchiz olunub. İndiyədək 13 min 300 ədəd elektrik sayğacı quraşdırılıb.

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının “mavi yanacaq”dan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli, smartkart tipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən verilən məlumata görə, indiyədək Naxçıvan şəhərində 12 min 135 ədəd qaz sayğacı quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi məqsədilə qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.