REGİONLAR


Naxçıvan şəhərində yeni poçt bölmələri istifadəyə verilib

Naxçıvan, 20 may, AZƏRTAC 

Naxçıvan şəhərinin “Çənlibel” məhəlləsində əhalinin sıxlığı nəzərə alınaraq yeni – 17 nömrəli poçt bölməsi yaradılıb və istifadəyə verilib. Naxçıvan şəhərindəki 5 nömrəli poçt bölməsi isə əsaslı şəkildə yenidən qurularaq əhaliyə xidmət göstərməyə başlayıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər iki poçt bölməsindəki işçi kompüterlər “Naxçıvanpoçt”un Məlumat Hesablama Mərkəzi şəbəkəsinə qoşularaq lazımi avadanlıqlarla təmin olunub.

Hazırda “Naxçıvanpoçt” MMC 1 mərkəz, 7 filial və 164 poçt bölməsi ilə muxtar respublikada poçt xidməti göstərir. Bütün növ xidmət haqlarının yığılması üçün muxtar respublikada, ümumilikdə, 157 poçt məntəqəsi avtomatlaşdırılıb, 156 ədəd POS-terminal quraşdırılıb.

“Naxçıvanpoçt” MMC tərəfindən mavi yanacaq, elektrik enerjisi, su, rabitə xidməti haqları, bələdiyyə, Yeni Azərbaycan Partiyasına üzvlük, Dövlət Sosial Müdafiə Fondunun sığorta haqlarının və Dövlət Yol Polisi tərəfindən qeyd olunan cərimələrin qəbulu davam etdirilir. Vətəndaşlar bu xidmət haqlarını POS-terminallardan istifadə etməklə də ödəyə bilir. Eyni zamanda elektrik enerjisi, sudan istifadə haqları və internet ödənişini onlayn ödəmək mümkündür. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smartkarttipli sayğaclarla dəyişdirilməsindən sonra poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında qoyulmuş server şəbəkəyə qoşulub. Eyni zamanda Naxçıvan şəhərində poçt bölmələri yeni kompüter və kart oxuyucular ilə təmin edilib.

MMC tərəfindən baratların, bağlamaların qəbulu və ödənişi, dövri mətbuatın abunə və satışı həyata keçirilir. Cəmiyyətin rayon filiallarının mərkəzi poçt şöbələrində elektron imza kartının verilməsinin təşkil edilməsi üçün müvafiq şəbəkə qurulub, Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi yaradılıb və lazımi avadanlıqlarla təmin olunub.

Eyni zamanda, “Naxçıvanpoçt” MMC-nin nəzdində İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti, cəmiyyətin www.naxcivanpoct.az internet saytında “İtirilən əşyaların qeydiyyatı” bölməsi və xidmətin 225 nömrəli “qaynar xətt”i də fəaliyyət göstərir. İtmiş əşyaların sahibinə çatdırılması xidmətinin fəaliyyəti üçün bütün poçt bölmə və məntəqələrində lazımi şərait yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.