REGİONLAR


Naxçıvan televiziyası Türkiyə saytlarında da yayımlanır

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Naxçıvan televiziyası qardaş Türkiyənin saytlarında da (canlitviz.com, hdcanlitvizler.com və hdtvler.net) canlı yayımlanmağa başlayıb.

Azərbaycanın digər kanalları ilə yanaşı, Naxçıvan televiziyasının da bu cür geniş auditoriyaya malik olan saytlarda yayımlanması, kanalın izlənmə reytinqinin daha da artmasına şərait yaradır. Bu, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dünya miqyasında tanıdılması, onun turizm potensialının təqdim edilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Naxçıvan televiziyası ötən il oktyabrın 17-dən etibarən internet (naxcivantv.az) vasitəsilə yayıma başlayıb. Televiziyanın daim yenilənən internet saytında bir çox sahələri əhatə edən müxtəlif bölmələr fəaliyyət göstərir.

Bölmələrin hər biri aktual mövzuları əhatə edən informasiya və multimedia materialları, operativ xəbərləri ilə oxucu və tamaşaçı zövqünü oxşayır. Bunun nəticəsidir ki, sayt istifadəyə verildiyi gündən böyük maraqla qarşılanıb, qısa müddət ərzində saytı ziyarət edənlərin sayı 750 minə çatıb.

Gün ərzində orta hesabla 15-20 min nəfərin daxil olduğu sayt muxtar respublikada ən çox izlənən informasiya saytı ünvanına sahibdir. Naxcivantv.az elektron ünvanına artıq nəinki Azərbaycandan, xarici ölkələrdən də kifayət qədər müraciətlər olunur. Xüsusilə qardaş Türkiyədə sayta maraq artır. Ötən 3 ayda Türkiyədən sayta 32 min müraciət daxil olub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.