SİYASƏT
Naxçıvan və Batumi şəhərləri arasında əlaqələr daha da inkişaf edir
Tbilisi, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov noyabrın 8-də şəhərin meri Giorgi Yermakovla görüşüb.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Rəşad İsmayılov Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın genişlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum”un imzalanmasından sonra hər iki region arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə əlaqələr daha da genişlənib və inkişaf edir.
Görüşdə Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
İkitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi