ELM VƏ TƏHSİL


“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında” kitabı nəşr edilib

Bakı, 12 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda Naxçıvan ziyalılarının rolu öz əksini tapıb. Nəşrdə ilk milli mətbu orqan olan “Əkinçi”dən sonra XX əsrin əvvəllərində yaranan və milli mətbuatın inkişafına yeni istiqamət verən “Şərqi-rus” və onun naşiri, redaktoru Məhəmməd ağa Şahtaxtılı, o cümlədən “Molla Nəsrəddin” jurnalı və onun redaktoru, görkəmli ədib Cəlil Məmmədquluzadə, dərginin ikinci redaktoru olmuş məşhur mollanəsrəddinçi şair və publisist Əliqulu Qəmküsarın xidmətlərindən ayrı-ayrılıqda bəhs olunur.

Kitabda, həmçinin ”Molla Nəsrəddin” üslubunda çap olunan “Baraban” jurnalının redaktoru olmuş görkəmli diplomat və siyasi xadim Behbud ağa Şahtaxtınski və “Şeypur” jurnalının redaktoru Məhəmmədəli Sidqinin xidmətləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.