REGİONLAR


Naxçıvana bu ilin birinci yarısında 188 minə yaxın turist gəlib

Naxçıvan, 21 iyul, AZƏRTAC

Ötən altı ayda Naxçıvan Muxtar Respublikasına 188 minə yaxın turist gəlib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikanın turizm imkanlarının təbliğ olunması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenidən qurularaq 3 dildə istifadəyə verilib. “Naxçıvan Muxtar Respublikasının abidələr xəritəsi”nin, “Naxçıvan memarlıq abidələri” kataloqunun, “Gülüstan türbəsi” bukletinin hazırlanması istiqamətində işlər davam etdirilib, 10 adda reklam-informasiya materialı nəşr olunub.

Bu ilin ötən dövründə 20-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 47 turizm şirkətinə və bölgələrdə yerləşən 5 turizm informasiya mərkəzinə muxtar respublikanın turizm imkanları ilə bağlı məlumatlar göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.