REGİONLAR


Naxçıvanda 5 minə yaxın nikaha daxil olmaq istəyən gənc tibbi müayinədən keçib

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində nikaha daxil olmaq istəyən 4 min 985 gənc tibbi müayinədən keçib. Bu ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən nikaha girəcək gənclərin hepatit B və C ilə bağlı müayinəsi də aparılır.

AZƏRTAC xəbər verir ki, gənclər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və Naxçıvan Muxtar Respublika Xəstəxanasının hemotoloji bölməsində tibbi müayinədən keçirlər.

Xəstəxananın həkimi Adil İbrahimov bildirib ki, hazırda dünyada hepatit, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və digər yoluxucu xəstəliklər geniş yayılıb. Xəstəlik nikah bağlayan şəxslərdə olarsa, digər şəxslərə də yayıla bilər. O deyib: “Bizim mərkəzdə 150-dən çox analiz aparılması mümkündür. Gənclər nikahdan əvvəl mərkəzə gəlib analiz verirlər. Bu, yeni qurulan ailənin sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.