REGİONLAR


Naxçıvanda 90-dan çox buğda sortu tədqiq olunur

Naxçıvan, 7 dekabr, AZƏRTAC

Elmi-tədqiqat sahəsində qazanılan müsbət nəticələr Naxçıvan Muxtar Respublikasının fermer təsərrüfatlarında uğurla tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, bu il akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün rayonlarında torpaqların gübrə tələbatı barədə aparılan araşdırmaların nəticələri müvafiq rayon icra hakimiyyətlərinə təqdim edilib. Rayonlar üzrə 24 kənddə tədqiqat işləri aparılıb və qida məhsullarının kartoqramları hazırlanaraq torpaq mülkiyyətçilərinə verilib.

Elmi-tədqiqat işləri 2016-2020-ci illəri əhatə edir və əsasən taxıl bitkilərinin iqlimə davamlılığını, üzüm bitkisinin gübrələrlə qidalanmasını, meyvə bitkilərinin genefondunun toplanılmasını öyrənir. Elmi-tədqiqat işlərinə kartof sortlarının tədqiqi, tərəvəz toxumunun aqrobioloji sınağı və Naxçıvanın yerli “Balbas” qoyunlarının bioloji təsərrüfat yararlığının öyrənilməsi də daxildir.

Hazırda “Araz” Elm İstehsalat Birliyinin kollektivi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun təqdim etdiyi buğda və arpa sortlarını sınaqdan keçirir. Bununla yanaşı, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutundan və ölkəmizin digər bölgələrindən təqdim olunmuş taxıl sortları da sınaqdan çıxarılır. Ümumilikdə seleksiya məqsədilə 95 buğda sortu tədqiq olunur və öyrənilir. Tədqiq edilən sortlar birliyin təcrübə-təsərrüfat sahəsində sınaqdan keçirildikdən sonra fermer və torpaq mülkiyyətçilərinə əkin üçün tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.