REGİONLAR


Naxçıvanda 927 milyon 900 min manatdan çox ÜDM istehsal olunub

Naxçıvan, 22 iyun, AZƏRTAC

Muxtar respublikada bu ilin yanvar-may aylarında 927 milyon 928 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 2063 manata çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 419 milyon 860 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələyib.

Bu ilin yanvar-may aylarında 49 milyon 552 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 2,9 faiz üstələyib. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 8 min 531,3 ton ət, 35090 ton süd istehsal edilib, bir il öncəyə nisbətdə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,7 faiz artıb.

İqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar-may aylarında muxtar respublikada 135 milyon 176 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 1,2 faiz artaraq 126 milyon 986 min 500 ABŞ dolları, idxalın həcmi 46,2 faiz azalaraq 8 milyon 190 min 300 ABŞ dolları təşkil edib, 118 milyon 796 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranıb.

2017-ci ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 666 milyon 56 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz artaraq 1480,8 manat təşkil edib.

Bu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.