REGİONLAR


Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə yekun vurulub

A+ A

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təltifetmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Beynəlxalq Tələbə Gənclər Həftəsi barədə məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənclərin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə onların fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında qeyd edib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzindədir.

Sonra qaliblərin mükafatlandırılma mərasimi olub.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında səsləndirilən musiqi proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.