Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilmişdir VİDEO

Naxçıvan, 7 dekabr (AZƏRTAC). Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov təqdimat mərasimində çıxış edərək Elmira Axundovanın ümummilli lider Heydər Əliyev irsinin ən məhsuldar tədqiqatçılarından biri olduğunu demişdir. “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinə qədər o, ulu öndərimizin siyasi bioqrafiyasının bu və ya digər dövrlərini əks etdirən “Naşirin qətli”, “Həqiqət anları”, “Şüşə saray” kitablarını, eləcə də 1990-cı ildən başlayaraq xalqımızın Ümummilli Liderinə həsr olunan və siyasi publisistikanın ən yaxşı nümunələri sayılan məqalələr yazmışdır. “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi müəllifin 10 ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq fəaliyyətinin nəticəsi kimi ortaya çıxmışdır.

Beşinci cildin üz qabığında “1990-1993” rəqəmləri yazılmışdır və bu cild “Ömrün Naxçıvan aşırımları” adlanır. Kitab ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-1993-cü illərini əhatə edən Naxçıvan dövrünə həsr olunmuşdur. Müəllifin haqlı olaraq “Ömrün Naxçıvan aşırımları” adlandırdığı bu dövr istər Ulu Öndərimizin siyasi bioqrafiyasında, istərsə də Azərbaycanın dövlətçilik tarixində ən məsuliyyətli və taleyüklü bir dövrdür.

Ali Məclis Aparatının rəhbəri demişdir ki, çoxcildlikdə haqlı olaraq “Qayıdış” kitabına daha çox istinad edilir. Bu fundamental tədqiqatın müəllifi, Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə onun ən yaxın dairəsində olan, bu böyük şəxsiyyəti Azərbaycanın gələcəyi üçün qoruyub hifz edən Vasif Talıbov “siyasi fəaliyyətin Naxçıvan dövrü”nü belə xarakterizə etmişdir: “Azərbaycan siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonradan isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.

“Ömrün Naxçıvan aşırımları” kitabı, hər şeydən əvvəl, yazıçı-publisist qələminin məhsuludur. Müəllif özü bu kitabı roman-tədqiqat adlandırmışdır. Lakin kitabı oxuduqca aydın olur ki, o təkcə bədii düşüncənin yox, bununla yanaşı və bundan daha çox real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin və arxiv sənədlərinin məhsuludur. Müəllif Ulu Öndərimizin yüzə yaxın müasirinin xatirələrini canlandırmış, kitab, qəzet, internet saytları və arxiv materiallarından istifadə etmiş, Ulu Öndərin həmin dövrə aid fotoşəkillərini yerləşdirmişdir. Bütün bunlar kitabın sənədli əsaslarıdır və heç şübhəsiz ki, bu baxımdan “Heydər Əliyev. Ömrün Naxçıvan aşırımları” kitabı Heydər Əliyev irsi ilə maraqlananlar üçün qiymətli mənbədir.

Əli Həsənov bildirmişdir ki, Ulu Öndərimizin siyasi və dövlətçilik fəaliyyətinə həsr edilmiş bu kitab oxuculara əlamətdar bir dövrdə təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli Sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2012-ci il 22 dekabr tarixli sessiyasında 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan olunmuşdur. “Heydər Əliyev. Ömrün Naxçıvan aşırımları” kitabını Ümummilli Liderimizin 90 illiyinə və Naxçıvan Muxtar Respublikasında elan olunmuş “Heydər Əliyev ili”nə layiqli töhfə kimi dəyərləndirir, müəllifə təşəkkürümüzü bildiririk.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin on ilə yaxın gərgin zəhməti hesabına başa gələn kitabın Heydər Əliyevşünaslıq elminə qiymətli töhfə olduğunu bildirmişdir. Vurğulanmışdır ki, “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı Azərbaycanda roman-tədqiqat janrında yazılmış ilk əsərdir. Kitabın təkcə “Ömrün Naxçıvan aşırımları” adlanan V cildində 194 mənbəyə istinad edilməsi, müəllifin 120-dən artıq şəxsin fikirlərini ümumi süjet xəttinə daxil etməsi tarixi dövrün bütün incəlikləri ilə açılmasına xidmət etmişdir. Orijinal tədqiqat əsərinin əsas xüsusiyyətlərindən biri də tarixi həqiqətləri olduğu kimi çatdırmasında, Ümummilli Liderin ən çətin dönəmlərdə yanında olan siyasi silahdaşlarının xidmətlərini olduğu kimi təqdim etməsindədir. Akademik İsmayıl Hacıyev dəyərli tədqiqat əsərinin nəşri münasibətilə muxtar respublika ziyalıları və elmi ictimaiyyəti adından müəllifə təşəkkürünü bildirmişdir.

Təqdimat mərasimində çıxış edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müəllifi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-publisist Elmira Axundova göstərilən yüksək diqqət və qayğıya, eyni zamanda kitabın yazılması zamanı göstərdiyi böyük köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirmişdir.

“Siz xoşbəxt insanlarsınız ki, bugünkü Naxçıvan möcüzəsini öz gözlərinizlə görürsünüz və bu möcüzənin yaradılmasında sizin də əməyiniz var”, – deyən Elmira Axundova Naxçıvanın XX əsrin 90-cı illərindəki vəziyyəti ilə bu gününü müqayisə etmiş, müşahidə olunan inkişaf və tərəqqini ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqətin ifadəsi kimi dəyərləndirmişdir.

Sonra Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının “Ömrün Naxçıvan aşırımları” adlanan V cildini Heydər Əliyev Muzeyinə təqdim etmişdir. Təqdimat mərasimində, həmçinin muxtar respublikanın müxtəlif elm, təhsil, mədəniyyət müəssisələrinə də “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının V cildi hədiyyə olunmuşdur.

Naxçıvanda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub