Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi qeyd edilir

Naxçıvan, 21 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Özəl Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev adına tam orta məktəb: uğurlar və perspektivlər” mövzusunda konfrans keçirildi.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 21 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək tədbirin mahiyyətini diqqətə çatdırıb.

Nazir bildirdi ki, bəşəriyyətin çoxəsrlik təcrübəsi elmə, təhsilə yüksək qiymət verən dövlət başçılarının öz ölkələrinin sürətli inkişafını təmin etdiyini sübuta yetirib. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, təhsil işçilərinə yüksək diqqətlə yanaşıb, Azərbaycan təhsilinin inkişafı və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə bir çox mühüm layihələr həyata keçirib. Bu uzaqgörən siyasət hazırda Prezident başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı prioritet sahə kimi önə çəkilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının həyatında hərəkətverici qüvvəyə çevrilmiş quruculuq missiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi dövlət siyasətinin ana xəttini təşkil edir”, - deyən Piri Nağıyev əlavə etdi ki, bu tikinti-quruculuq işlərinin önündə pedaqoji işçilərin fəaliyyəti üçün yüksək şəraitin yaradılmasına xidmət edən təhsil quruculuğu dayanır. Muxtar respublika rəhbərinin fədakar əməyi sayəsində Naxçıvanın ən ucqar dağ kəndlərini də əhatə edən 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binasının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olundu ki, həmin məktəblərdən biri də 2004-cü il sentyabrın 2-də Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan və Ümummilli Liderin adını daşıyan nümunəvi tam orta məktəbdir. Hər cür maddi-texniki baza ilə təchiz olunmuş məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Açılış mərasimində təhsil və tədrisin təşkili ilə bağlı məktəbin pedaqoji kollektivi qarşısında mühüm vəzifələr qoyulub. Ötən müddətdə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri istiqamətində geniş tədbirlər həyata keçirilib və nəticədə məktəb Ulu Öndərin adına layiq yol keçərək respublikamızın qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri dedi ki, Ümummilli Liderin adını daşıyan tam orta məktəbin pedaqoji kollektivinə həmişə yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsində 2007-2008-ci tədris ilinin yekunlarına uyğun olaraq təhsil ocağı “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və 10 min manat pulla mükafatlandırılıb. Eyni zamanda, təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi Səkinə Abdullayeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi kimi 5 min manat pul mükafatı alıb. Məktəbin müəllimlərindən 4 nəfəri Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2-si Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi fəxri adlarına layiq görülüb, 4 nəfər isə medallarla mükafatlandırılıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözlərini xatırlatdı və bildirdi ki, bu sözlər Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivinin devizinə çevrilib. Ali Məclisin Sədri deyib: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.

Bildirildi ki, təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, ulu öndər Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Hər il keçirilən müsabiqələrdə məktəb yeni uğurlara imza atır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin bir nəfər şagirdi birinci yerin sahibi olub.

Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev ölkəmizdə həyata keçirilən təhsil islahatlarından ətraflı söhbət açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Muxtar respublikada təhsilin bütün sahələrini gündəlik diqqətdə saxlayan Ali Məclisin Sədri gənc nəslin keyfiyyətli təhsillə əhatə olunması sahəsindəki çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirərək deyib: “O ölkələr inkişaf edir ki, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur”.

İsmayıl Əliyev Heydər Əliyev adına tam orta məktəb ilə Naxçıvan Özəl Universiteti arasındakı əməkdaşlıqdan da söhbət açaraq dedi ki, universitet tələbələrinin bütün pedaqoji təcrübələrinin planlaşdırılması bu məktəblə birlikdə aparılır. “Universitetimizlə olan əlaqələrin nəticəsidir ki, hər il bu məktəbdən universitetimizə qəbul olunan tələbələrin sayı artmaqdadır”, - deyən rektor əlavə etdi ki, hazırda ali təhsil ocağının idarəetmə, xarici dillər, pedaqoji və iqtisad fakültələrində bu məktəbdən məzun olan 15 tələbə təhsil alır. Eyni zamanda, universitetin məzunlarından olan 6 nəfəri hazırda bu məktəbdə müəllim kimi fəaliyyətlərini davam etdirirlər.

Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Gülşən Fətullayeva qeyd etdi ki, göstərilən diqqət və qayğının nəticəsində 10 il ərzində təhsil ocağını bitirən 362 məzundan 300-ü ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunlardan 39 nəfəri 2013-2014-cü tədris ilində məktəbi bitirənlərdir. Bu günədək ali məktəblərə qəbul olunan məzunlardan 68 nəfəri imtahanlarda daha yüksək nəticələrə nail olaraq 500-700 intervalında bal toplayıblar ki, onların da 14 nəfəri 2014-cü ilin məzunlarıdır. 10 il ərzində məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 12 nəfər fərqlənmə attestatına, 3 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb. Ötən dövr ərzində məktəbin məzunlarından 11 nəfəri xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olub. Məktəbdə hərbi təhsil sahəsinə maraq xeyli artıb. Bu günədək şagirdlərdən 31 nəfəri Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq kursant adını qazanıb.

Gülşən Fətullayeva məktəbin pedaqoji kollektivinin Ulu Öndərin adını daşıyan bu təhsil ocağında çalışmağın nə demək olduğunu yaxşı bildiyini xüsusi vurğuladı. Bildirdi ki, məktəbin müəllim və şagird kollektivləri bundan sonra da respublika səviyyəli uğurlar qazanmaq üçün daim inamla çalışacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib