Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illik yubileyi qeyd olunub

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədbirlər Planına əsasən oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzüb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Yubiley tədbirində çıxış edən Ali Məclisin Sədri Vasif Talıbov Heydər Əliyev adına məktəbin 10 illiyi münasibətilə kollektivi və muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: “2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. Açılış mərasimində çıxış edən ölkə rəhbəri demişdir: “Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Ümummilli Lider bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir”.

Hörmətli Prezidentimizin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. İndiyədək məktəbin 362 məzunu olub. Onların 98 faizi və ya 300 nəfəri ali məktəblərə, 57 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatıb”.

Ali Məclisin Sədri muxtar respublikada təhsilin inkişafına verdiyi töhfələrə, savadlı, vətənpərvər və intellektli gənc nəslin yetişdirilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə Heydər Əliyev adına məktəbin kollektivinə təşəkkürünü bildirərək deyib: “Elm, bilik tərəqqinin əsasıdır. Elmsiz və təhsilsiz heç bir cəmiyyət inkişaf edə və irəliyə gedə bilməz. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ötən əsrin 70-ci illərində digər ittifaq respublikalarından geridə qalan Azərbaycanın inkişafına məktəbdən, təhsil şəbəkəsinin genişləndirilməsindən başlamış, təhsili bir nömrəli vəzifələr sırasına çəkmişdir. Bu siyasətin bəhrəsi qısa müddətdə özünü göstərmiş, Azərbaycan əhalisinin təhsil və mədəni səviyyəsi yüksəlmiş, yetişdirilmiş milli kadrlar hesabına sosial-iqtisadi həyat yeni inkişaf yoluna çıxmış, ölkəmiz elmə, işıqlı gələcəyə qovuşmuşdur.

Ulu Öndərin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin ikinci dövründə də bu sahənin inkişafını diqqət mərkəzində saxlayıb. Qısa müddətdə Azərbaycanda milli təhsil sistemi formalaşdırılıb, müasir dünyanın inkişaf tempi ilə ayaqlaşan məktəb şəbəkəsi yaradılıb. Məktəblərdə Azərbaycan tarixinin və ana dilinin tədrisinə geniş yer verilir. Tədris və tərbiyə prosesində gənc nəslin milli mənlik şüurunun inkişafına diqqət artırılır. Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı diqqət mərkəzində saxlanır. Təhsilə inkişafın əsas hərəkətverici qüvvəsi kimi yanaşılır. Buna görə təhsil infrastrukturu şəhər və rayon mərkəzlərində olduğu kimi, ucqar dağ kəndlərində də yeniləşdirilir.

Ali Məclisin Sədri məktəbin kollektivinə müraciət edərək deyib: “Ümummilli Liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir. Təlim-tərbiyə və tədris prosesi bu günə qədər olduğu kimi, bundan sonra da müasir metodlarla qurulmalıdır. Müstəqil Аzərbаycаn üçün vətənpərvər gənclər hazırlanmalı, məktəb daim Ulu Öndərimizin adına layiq olmalıdır. Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Məktəb, təhsil işi, eyni zamanda, mühüm tərbiyə mərkəzi funksiyasını daşımalı, gənclərin cəmiyyətin layiqli üzvü kimi hazırlanması daim diqqət mərkəzində saxlanmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilib. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

“Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar”, - deyən Ali Məclisin Sədri bu yolda məktəbin müəllim və şagirdlərinə uğurlar arzulayıb, kollektivi bir daha yubiley münasibəti ilə təbrik edib.

Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov çıxış edərək deyib ki, Ümummilli Liderin davamçılarını yetişdirmək şərəfli vəzifədir. Məktəbin pedaqoji kollektivi bu vəzifənin məsuliyyətini dərindən dərk edir. Heydər Əliyev adına tam orta məktəbin ilbəil artan uğurları ölkə Prezidentinin tövsiyələrinə əməl edilməklə qazanılır, yeni təhsil ənənələri yaradılır. Namiq Məmmədov məktəbin yubileyinin keçirilməsinə və muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib, gənc nəslin yüksək intellektli və vətənpərvərlik ruhunda tərbiyə olunmasında üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz verib.

Tədbirdə məktəbin şagirdi Şükür Babayev ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeiri bədii qiraət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 21 oktyabr tarixli Sərəncamına əsasən məktəbin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adına layiq görülüb.

Ali Məclisin Sədri təltif olunanlara fəxri adların vəsiqəsini və döş nişanlarını təqdim edib, məktəbin bir qrup müəllim və şagirdlərini noutbuklarla, kompyuter dəstləri və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Sonra Ali Məclisin Sədri yenidənqurmadan sonra məktəb binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu il məktəb binasında əsaslı yenidənqurma işləri aparılıb, təhsil müəssisəsi müasir informasiya texnologiyaları ilə təmin olunub, lazımi tədris şəraiti yaradılıb. Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompyuter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı var. Hazırda 1110 şagirdin təhsil aldığı məktəbdə gənclərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

Binanın foyesində “Məktəbimiz 10 ildə” adlı guşə təşkil olunub. Guşədə Ümummilli Liderimizin və ölkə Prezidentinin təhsilin inkişafına dair müdrik fikirləri, məktəbin yubileyinin qeyd olunması ilə bağlı Ali Məclis Sədrinin Sərəncamı və fotoşəkillər nümayiş olunur.

Sinif otaqları və fənn kabinələrində yaradılan şərait dərslərdə əyaniliyin təmin olunmasına imkan verir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almalarına, azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən gənc kimi yetişmələrinə imkan verir.

Məktəbin kompyuter otaqlarında 57 kompyuter dəsti quraşdırılıb, internetə çıxış təmin olunub. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılıb, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil olunub. Fizika, kimya və biologiya laboratoriyalarına baxış zamanı dəqiq elmlərin tədrisinin əhəmiyyəti vurğulanıb, keçirilən dərslərin praktik olaraq öyrədilməsinin vacibliyi qeyd edilib.

Məktəbin kitabxana fondunda 21 mindən çox dərslik və bədii ədəbiyyat var.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, təhsil sahəsində qazanılan nailiyyətlər hər bir ölkənin milli sərvətidir. Heydər Əliyev adına tam orta məktəb ötən 10 ildə savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsi sahəsində uğurlu fəaliyyət göstərib, təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub. Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Bu məktəbdə də əldə olunan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Heydər Əliyev adına tam orta məktəb muxtar respublikanın qabaqcıl təhsil mərkəzi kimi bundan sonra da öz fəaliyyətini genişləndirməlidir.

Məktəbin müəllimləri savadlı, intellektli və azərbaycançılıq ideyalarına sadiq gənc nəslin yetişdirilməsi yolunda səylə çalışacaqlarını bildiriblər.

Təhsil müəssisəsi muxtar respublikanın idman həyatına da mühüm töhfələr verir. Məktəbin şagirdləri beynəlxalq və respublika əhəmiyyətli yarışlarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanırlar. Hazırda məktəbin şagirdləri arasında boks üzrə 2 Avropa çempionu var. Məktəbin 1 şagirdinin adı isə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Müasir idman zalı bundan sonra da şagirdlərin fiziki cəhətdən sağlam böyüməsinə, eləcə də gənc idmançıların yetişdirilməsinə imkan verəcək.

Heydər Əliyev adına tam orta məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ilkin hərbi vərdişlərə yiyələnməsi də diqqət mərkəzindədir. Hərbi kabinədə çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün lazımi şərait yaradılıb, elektron lövhə quraşdırılıb.

Məktəblə tanışlıqdan sonra Ali Məclisin Sədri muxtar respublikanın təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ali Məclisin Sədri muxtar respublikamızda təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının vacibliyini vurğulayaraq deyib: “Bu gün muxtar respublikada pilləli təhsil sistemi tətbiq olunur. Ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində ölkəmizin gələcəyi olan gənclər yetişdirilir. Yaradılan şərait ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında qarşılıqlı əlaqənin qurulmasını zəruri edir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və ali təhsil müəssisələri qarşılıqlı əlaqəni gücləndirməlidirlər. Ali və orta ixtisas təhsili məktəblərinin müəllimləri ümumtəhsil məktəblərində nümunəvi dərs və məşğələlər təşkil etməlidirlər”.

Gənclərin hərtərəfli yetişdirilməsinin vacibliyinə toxunan Ali Məclisin Sədri aidiyyəti orqanlara da konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar