REGİONLAR


Naxçıvanda Milli Mətbuat Günü münasibətilə tibbi aksiya təşkil olunub

Naxçıvan, 22 iyul, AZƏRTAC

22 İyul - Milli Mətbuat Günü münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən “Gələcəyə sağlam baxış” devizi altında Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbi aksiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tibbi aksiya zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən jurnalistlər, onların ailə üzvləri və digər müraciət edən vətəndaşlar müayinələrdən keçiriliblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-oftalmoloqu Humay Bayramova bildirib ki, müraciət edənlər həkim briqadası tərəfindən müayinə olunub, xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Cərrahiyyə əməliyyatına ehtiyacı olanlar isə gələn həftə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən əməliyyat ediləcəklər.

Müayinə olunan jurnalistlərdən Aygün Hüseynli, Ramal Məmişov belə bir nəcib aksiyanın keçirilməsini jurnalistlərə göstərilən diqqət və qayğının növbəti ifadəsi olduğunu deyiblər. Qeyd ediblər ki, jurnalistlərin peşə xəstəlikləri sırasında göz xəstəliklərinə daha çox rast gəlinir. Bu mənada belə bir aksiyanın keçirilməsi təqdirəlayiq haldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.