REGİONLAR


Naxçıvanda “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi fotosərgi açılıb

Naxçıvan, 12 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda iranlı fotoqraf və rejissor Paşa Hadianın “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi foto sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgiyə baxışdan əvvəl sənətşünas Nizami Alıyev çıxış edərək, sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu deyib. Bildirilib ki, sərgidə fotoqrafın 65 əsəri yer alıb.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom, konsulluğun mədəniyyət atteşesi Hüseyn Ağazadə və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Nihat Erşen çıxış edərək, ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin inkişafının vacibliyini də qeyd ediblər.

İranlı fotoqraf və rejissor Paşa Hadian fotosərgiyə gələnləri salamlayaraq bildirib ki, sərginin müasir İran mədəniyyətinin görkəmli nümayəndələrinə həsr edilməsində məqsəd bu şəxsiyyətləri daha geniş miqyasda tanıtmaqdır.

Fotoqraf deyib ki, bir sənətə ömrünü həsr etmək üçün həmin sənəti sevmək lazımdır. İllərdir məşğul olduğu bu sənətdə bacardığı qədər irəli getməyə, insanların bəyənəcəyi fotolar çəkməyə çalışıb. Bu sərgi 7 ilin məhsuludur.

Sonra sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.