İDMAN
Naxçıvanda Paralimpiya İdman Festivalı keçiriləcəkdir
Bakı, 2 may, AZƏRTAC
Mayın 12-dən 13-dək Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, mayın 11-də Milli Paralimpiya Komitəsinin 60 nəfərdən ibarət nümayəndə və idmançı heyəti Naxçıvana yola düşəcəkdir. Paralimpiya İdman Festivalında əlil arabasında idman rəqsi, atletika, qolbol, futzal və boccia idman növləri üzrə ümumilikdə 50-dən çox idmançı iştirak edəcəkdir.
Yarışlara Naxçıvan və İran idmançıları da qatılacaqlar.
Səfər zamanı Naxçıvan şəhərinin tarixi abidələri və muzeylərinə ziyarət də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]