REGİONLAR


Naxçıvanda “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan, 13 iyul, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı çapdan çıxıb. “Tusi” nəşriyyatında işıq üzü görən jurnalın bu ilə olan sayca ikinci nömrəsi təbiət və texniki elmlər seriyasına həsr olunub.

Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, jurnalda bölmə ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının kimya, biologiya, fizika, astronomiya, informatika, coğrafiya sahəsindəki məqalələri yer alıb.

Jurnalda mütəxəssislərin elmi-tədqiqat işlərində əldə etdikləri yeni nəticələr - “Naxçıvan Muxtar Respublikası yeraltı sularının formalaşması və kimyəvi xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış incəçətir növlərinin tibbi əhəmiyyəti və təbii ehtiyatı”, “Naxçıvan Muxtar Respublikasının az yayılmış aborigen üzüm sortu – Daş qara”, “Naxçıvan Muxtar Respublikasının meşə ekosistemində yayılan ağac və kolların ekoloji qruplar üzrə paylanması”, “Naxçıvan Muxtar Respublikası şəraitində bərk buğda hibridlərinin təsərrüfat qiymətli əlamətlərinin tətbiqi” və digər başlıqlı yazılar da öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.