Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram

Naxçıvan, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad edib, soyqırımı abidəsinin önünə gül qoyublar.

Anım mərasimində qeyd edilib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq və “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş Sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatacı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər əlil oldu. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü. Soyqırımı nəticəsində bir günün içində Xocalı adlı şəhər yer üzündən silindi. Soyqırımı aktı zamanı Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edildi, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman verilmədi.

Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri ittiham etdi. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olundu. Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu Öndərimiz Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də tədbirlər gördü.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə deyib: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Ulu Öndərimizin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı ilə bağlı deyib: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Tədbirdə vurğulanıb ki,son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası təsis olunubdur. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və “Xocalıya ədalət” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Xocalı harayı, Xocalı fəryadı ürəklərdə qanayan yaradır. Bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Xocalıda ermənilər tərəfindən törədilən soyqırımını beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Peru, Honduras, Sudan, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb, Rumıniya, Kanada və İordaniya parlamentləri isə bu barədə xüsusi bəyanat qəbul ediblər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 15 ştatının qanunverici orqanları da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarıb. Dünyanın hər tərəfində Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.

Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və milli mənafeyə uyğun siyasi xətt bütün Azərbaycan xalqının iradəsini əks etdirir. Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı qətiyyətli xətt Azərbaycan xalqının ürəyindən xəbər verir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.

Muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilib, faciə zamanı soyqırımına məruz qalan xocalılıların xatirəsi dərin ehtiramla yad edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI