İDMAN


Naxçıvanda beynəlxalq şahmat turniri davam edir

Bakı, 10 may, AZƏRTAC 

Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nakhchivan Open-2017” beynəlxalq şahmat turniri davam edir.

AZƏRTAC xəbər verir ki, üç qrupdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

“A” qrupunda 9 ölkədən – Azərbaycan, Belarus, Gürcüstan, Bolqarıstan, Almaniya, İran, Rusiya, Türkiyə və Özbəkistandan 47 şahmatçı, o cümlədən FIDE adlarının sahibi olan 42 şahmatçı iştirak edir.

Yeddi turdan sonra bu qrupda azərbaycanlı qrossmeyster Eltac Səfərli və belçikalı Vadim Malaxatko liderlik edirlər. Onların hər biri 5,5 xal toplayıb. İrakli Beradze (Gürcüstan), Valeri Qrinev (Ukrayna), Curabek Xamrakulov (Özbəkistan) və Ülvi Sadıxov (Azərbaycan) onlardan 0,5 xal geri qalırlar. Yeddi iştirakçının hər birinin aktivində 4,5 xal var.

“B” qrupunda 92 iştirakçı (onların ikisi FIDE adlarının sahibidir) mübarizə aparır. Bu qrupda hər biri 6 xal toplamış Rəşad Zeynalov və Çingiz Rzayev liderlik edir.

“C” qrupunda 159 şahmatçı mübarizə aparır. Onların sırasında 6,5 xal toplamış Ayxan Zeynalov digər şahmatçıları geridə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.