Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib

Naxçıvan, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib: Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Ötən dövrdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmlənmiş, ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərəfindən Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya inteqrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faizinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetlə təmin olunmuşdur.

Ali Məclisin Sədri deyib: Ölkənin inkişafı onun öz təhlükəsizliyini təmin etməsindən başlayır. Ölkənin təhlükəsizliyinin təmin olunması isə yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Naxçıvanda yeni mobil rabitə sisteminin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan Muxtar Respublikası telekommunikasiya blokadasını yararaq dünya rabitə sisteminə inteqrasiya olunmuşdur. Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi, mobil rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması qarşıda duran əsas vəzifədir.

Ali Məclisin Sədri deyib: Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu məsələni diqqətdə saxlamalı, mütəxəssislər hazırlanmalıdır.

Qeyd olunub ki, dünyada baş verən texnoloji yeniliklərlə, inkişafla ayaqlaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılıb, yeni mobil rabitə sisteminin yaradılması üçün vəsait ayrılıb, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə bağlanaraq 4-cü nəsil mobil rabitə sistemi qurulub. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərində təhsil alan şagirdlər sürətli internetdən istifadə edirlər. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi mobil internet xidmətindən istifadəyə də geniş imkanlar açacaqdır.

Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, müstəqillik illərində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə olunub. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edir. Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə sisteminin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov deyib ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırıb. Mövcud potensialdan səmərəli istifadə bu sahədə də sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması sahəsində görülən işlərin davamıdır.

Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu operator şəbəkələri üzrə biznes qrupunun prezidenti Zhang Dongliang deyib ki, 2002-ci ildə etibarən “Huawei” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında səmərəli tərəfdaşlıq qurulub. Ötən dövrdə Naxçıvan Dövlət Universitetində müasir tədris sistemi qurulub, muxtar respublika ərazisində GSM və LTE şəbəkəsinin quraşdırılması başa çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirən Zhang Dongliang muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib, “Huawei” şirkəti ilə əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

“Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Vahid Mürsəliyev çıxış edərək deyib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında rabitə və yeni texnologiyalar sistemi mühüm yer tutur. Naxçıvanda mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Yeni mobil rabitə şəbəkəsi yüksək texniki göstəricilərə malikdir. “Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə yeni rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması sahəsində əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.

Tədbirdə “Türk Telekom”un Türkiyə və Qafqaz üzrə satış direktoru Armağan Qaraege, Türkiyə Respublikasının “Akgün Yazılım” şirkətinin idarə heyətinin sədri Təməl Akgün və “İ2İ” şirkətinin baş icraçı direktoru Ayhan Kapusuz çıxış ediblər. Qeyd olunub ki, rabitə və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər hər bir ölkənin inkişafının göstəricisidir. Qardaş ölkə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də bu sahədəki inkişafın daha bir ifadəsidir. Çıxış edənlər yeni mobil rabitə şəbəkəsi qurularkən ən müasir texniki yeniliklərin tətbiq olunduğunu diqqətə çatdırıb, əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Ali Məclisin Sədri rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara hədiyyələr təqdim edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, rabitə şəbəkəsinin müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda, vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur. Abonentlər mobil telefonlardan "299" nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər. Həmçinin naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansı artırmaq mümkündür.

98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik diapazonlarının hər üçündən istifadə olunur. Türkiyə Respublikasının “Akgün Yazılım”, “İ2İ” və “Etiya” şirkətləri ilə bağlanmış müqavilələr əsasında mobil rabitənin müstəqil qeydiyyat və hesabat sistemi yaradılıb. Bunun üçün əsas, ehtiyat serverlər və digər avadanlıqlar alınaraq qurulub, 13 modul, müxtəlif bazalar, elektron qeydiyyat və ödəniş sistemləri ilə əlaqəli işləri özündə birləşdirən irihəcmli proqram təminatları hazırlanıb. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Ali Məclisin Sədri mərkəzi idarəetmə otağında 4-cü nəsil mobil rabitə şəbəkəsini işə salıb.

Sonra “Huawei” şirkətinin böyük vitse-prezidenti xanım Ami Linin videogörüntü vasitəsilə təbrikləri təqdim olunub, Əlincə kəndindəki baza stansiyası ilə birbaşa videoəlaqə yaradılıb.

Ali Məclisin Sədri 4-cü nəsil mobil rabitə şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması və göstərilən xidmətlərin sayının artırılması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib