REGİONLAR
Naxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Naxçıvan, 11 may, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, döyüş bayrağı sıra meydanına gətirildikdən sonra mərasimə hazırlıqla bağlı məruzə edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra komandirlərin və valideynlərin şahidliyi ilə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Çıxışların ardından Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.
Sonra tribunanın önündən təntənəli keçid olub.
Gənc əsgərlərin andiçmə mərasimində xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]