SİYASƏT


Naxçıvanda iftar süfrəsi açılıb

Naxçıvan, 15 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 14-də keçirilən iftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır” fikrini xatırladaraq deyib: Azərbaycan xalqı əsrlər boyu zəngin dini-mənəvi dəyərlər sistemi yaratmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Ramazan ayı da milli-mənəvi həmrəyliyin və humanizmin təntənəsini nümayiş etdirən ən ali dini dəyərimizdən biridir. Müqəddəs “Qurani-Kərim”in insanlara çatdırıldığı bu ayın ən böyük fəziləti sülhə, əmin-amanlığa və savab işlərə çağırışdır”.

“2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş Naxçıvanda həmişə olduğu kimi, bu gün də dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Bugünkü iftar süfrəsi də xoş niyyətin, dini-mənəvi dəyərlərimizə hörmətin və birliyin ifadəsidir”, - deyən Ali Məclisin Sədri müqəddəs Ramazan ayında niyyətlərin və duaların qəbul olunmasını arzulayıb.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.