SİYASƏT


Naxçıvanda keçirilən iməcilikdə yeni üzüm bağı salınıb

A+ A

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Muxtar respublikanın təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilməsinə imkan verir. Üzümçülüyün inkişafına dair dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır, yeni üzüm bağları salınır, bu sahədə istehsalın həcminin artırılması və bazarın tələbatının ödənilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 8-də muxtar respublikada keçirilən iməciliklər zamanı yeni üzüm bağı salınıb, yaşıllıqlara qulluq göstərilib, səliqə-sahman və təmizlik işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının yaxınlığındakı ərazidə keçirilən iməcilikdə iştirak ediblər. Ərazidə əvvəlcədən aqrotexniki tədbirlər görülüb, üzüm əkini üçün yararlı vəziyyətə gətirilib. İməcilik iştirakçıları 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, üzüm tingləri əkib, payız əkini dövründə muxtar respublika ərazisində yeni üzüm və meyvə bağlarının salınması barədə tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.