REGİONLAR


Naxçıvanda külək elektrik stansiyası tikiləcək

A+ A

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda külək elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür.

AZƏRTAC xəbər verir ki, stansiyanın texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğuları artıq quraşdırılıb və işlər aparılır.

Hazırda gücü 36 meqavat olan derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının da tikintisi davam etdirilir. Eyni zamanda, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki iqtisadi əsaslandırılması da aparılır.

Naxçıvan Günəş Elektrik Stansiyasının imkanlarının genişləndirilməsi və gücünün 30 meqavata qədər artırılması üzrə layihə də hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.