REGİONLAR


Naxçıvanda mətbuat işçiləri üçün “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub

Naxçıvan, 26 may, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Bakıdan gəlmiş mətbuat nümayəndələri və Mərkəzi Bankın əməkdaşlarının iştirakı ilə “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsini icra edən Orxan Abdullayev muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik xarakter alması, bank sisteminin inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, idarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün bankın əhəmiyyəti barədə məlumat verib.

Sonra bankın iqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli slaydlar vasitəsilə ölkəmizdə fəaliyyət göstərən müasir bank sisteminin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin funksiyaları, bank və bank olmayan kredit təşkilatları, bankların iqtisadi proseslərdə rolu, iş prinsipləri barədə danışıb. O, muxtar respublikada bankçılıq sahəsi üzrə tətbiq olunan dövlət proqramları, həmin proqramlardan irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlərdən də bəhs edib.

Muxtar respublikada bank sektorunun cari vəziyyətindən, bu sahədə görülmüş işlərdən və əldə olunan nailiyyətlərdən söz açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra qonaqlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, muxtar respublikanın bank infrastrukturlarının fəaliyyəti ilə yaxından tanış olub, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.

Qonaqlar mayın 26-da Naxçıvan şəhərinin görməli yerlərini gəzəcək, Naxçıvan Dövlət Texniki Kollecində maliyyə savadlılığının artırılması ilə bağlı seminar-treninqdə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.