REGİONLAR


Naxçıvanda növbəti ödənişsiz xarici dil kurslarına fevral ayından start veriləcək

A+ A

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu tərəfindən təşkil edilən növbəti xarici dil kurslarına fevral ayından start veriləcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, kurslarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Belə ki, iştirakçılar qeydiyyatdan keçdikləri tarixə uyğun olaraq, növbəlilik prinsipi əsasında kurslarda iştirak etmək üçün çağırılırlar. Hazırda yeni kurslarda iştirak etmək istəyənlərin qeydiyyatı hər gün iş vaxtı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində aparılır.

Kursların müddəti beş aydır və həftədə üç dəfə müasir avadanlıqlarla təchiz edilmiş linqafon kabinələrdə tədris edilir.

Kursun sonunda iki mərhələdən ibarət imtahan keçirilir. Birinci mərhələdə yazı və şifahi nitq vərdişləri, ikinci mərhələdə isə bütün proqramı əhatə edən elektron imtahan götürülür. İmtahanları müvəffəqiyyətlə keçənlərə sertifikatlar təqdim edilir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzində ingilis, rus və fransız dilləri üzrə pulsuz hazırlıq kursları təşkil olunur. Dövlət vəsaiti hesabına təşkil olunan kurslarda iştirak etmək üçün bu günədək 1500-ə yaxın gənc qeydiyyatdan keçib. Onların 200-dən çoxu kurslarda iştirak edib, 100-ə yaxın gənc kursu müvəffəqiyyətlə bitirərək sertifikat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.