REGİONLAR


Naxçıvanda paralimpiyaçılar arasında yüngül atletika üzrə yarış keçirilib

A+ A

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və muxtar respublikanın Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda paralimpiyaçılar arasında yüngül atletika üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, 100-200 metr məsafəyə qaçışda məhdud fiziki imkanlı 20 idmançı iştirak edib.

Yekun nəticəyə əsasən, Okan Bağcidək (Şərur rayonu) finiş xəttinə birinci çatıb. Digər iki pillədə isə İlqar Sadiqov (Şahbuz rayonu) və Orxan Hüseynov (Babək rayonu) qərarlaşıblar. İlk üç yeri tutan idmançılara muxtar respublikanın Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.