REGİONLAR
Naxçıvanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Naxçıvan, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Naxçıvan şəhər ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanlarını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə qərənfillər düzüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]