Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə dair regional təlim keçirildi

Naxçıvanda sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə dair regional təlim keçirildi

Naxçıvan, 27 noyabr, Rauf Əliyev, AZƏRTAC

Noyabrın 27-də Naxçıvandakı “Duzdağ” otelində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Muxtar Respublikasının sərhəd rayonlarında çalışan sərhədçilər və əlaqədar orqanların nümayəndələrin üçün regional təlim keçirildi.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov təlimin məqsəd və məramı barədə iştirakçıları ətraflı məlumatlandırdı.

Elnur Məmmədov bildirdi ki, qaçqın və məcburi köçkünlərin problemləri ilə əlaqədar olan məsələlərlə bağlı beynəlxalq təcrübələrin bölüşülməsi, müqayisəli təhlillərin və qarşılıqlı fikir mübadiləsinin aparılması həmin problemlərin həlli istiqamətində görülən genişmiqyaslı işlərə yeni töhfələr verir. Bu gün qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması Azərbaycanda, o cümlədən onun Naxçıvan Muxtar Respublikasında da daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin gündən-günə artan iqtisadi imkanları bu sahədə əlavə tədbirlərin görülməsinə şərait yaradır.

Qeyd olundu ki, hazırda muxtar respublikada 1151 qaçqın, 252 məcburi köçkün ailəsi yaşayır. Bu qaçqın və məcburi köçkün ailələrinin 5253 üzvünün hər biri dövlət qayğısı ilə əhatə olunub. Muxtar respublikada məskunlaşan məcburi köçkünlər ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Naxçıvana hərbi təcavüzü zamanı işğal olunan Kərki kəndinin və işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Şuşa, Xocalı, Füzuli və Qubadlıdan qədim diyara pənah gətirənlər, qaçqınlar isə öz dədə-baba torpaqları olan Qərbi Azərbaycandan zorla çıxarılan insanlardır. Onların daha çox məskunlaşdıqları ərazilər əsasən Naxçıvan şəhəri, Kəngərli rayonunun Çalxanqala, Yeni Kərki, Ordubad rayonunun Parağa kəndləridir.

“Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri üçün indiki Kəngərli rayonunun ərazisində salınan Yeni Kərki kəndində insanların rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb, məcburi köçkün ailələri üçün mənzillər, məktəb, kənd və xidmət mərkəzləri tikilib”, - deyən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini bildirdi ki, qaçqın və məcburi köçkün ailələri üçün Naxçıvan şəhərində də beşmərtəbəli yaşayış binaları, muxtar respublikanın digər bölgələrində məskunlaşan insanlar üçün fərdi mənzillər inşa olunub. Ümumilikdə, 1995-ci ildən indiyədək qədim diyarda qaçqın və məcburi köçkün ailələrinə 240 mənzil verilib.

Qeyd edildi ki, muxtar respublika rəhbərliyinin yüksək diqqət və qayğısı ilə bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, qaçqınların və məcburi köçkünlərin qəbul edilməsi və onların problemlərinin öyrənilməsi sahəsində öz səlahiyyətləri daxilində böyük işlər görübdür. Sərhəd buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılması, burada elektron köşklərin quraşdırılması, Xidmətin əməkdaşları tərəfindən hüquqi maarifləndirmə işinin aparılması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə bağlı sadələşdirmələrin tətbiqi ölkəyə gələn hər bir şəxsin hüquqlarının qorunması istiqamətində görülən diqqətəlayiq işlərdəndir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqın, məcburi köçkün və miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov dedi ki, sürətli sosial-iqtisadi inkişafın əsas xüsusiyyətlərindən biri də ölkədə aparılan siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi dövlətimizin diqqət mərkəzində saxlanılır. 1993-2014-cü illər ərzində qaçqınların və məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı 90 fərman və sərəncamın, 32 qanunun imzalanması, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 350 qərar və sərəncamın qəbul edilməsi də bunu təsdiq edir.

Vurğulandı ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Nazim Salmanov miqrasiya məsələləri ilə bağlı ölkəmizdə görülən işlərdən danışdı. Bildirdi ki, regional inkişafın aparıcı dövləti olan Azərbaycan Respublikası hazırda miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsi müdirinin müavini xanım Maqdalena Aquilar Pulido bildirdi ki, təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq-miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir. Azərbaycan Respublikası 2013-cü ilin aprel ayında fəaliyyətə başlayan “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsində iştirak edən 6 ölkədən biridir. İkiillik layihə Avropa İttifaqı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının QAK tərəfindən birgə maliyyələşdirilərək QAK tərəfindən həyata keçirilir. Layihə 6 ölkədə sığınacaq prosedurlarını və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.

Daha sonra “Milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları haqqında”, “Sığınacağa dair milli istiqamətləndirmə prosesi”, “Sığınacaq axtaran şəxslərin saxlanılması” və digər məsələlərə dair məruzələr dinlənildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, verilən suallar cavablandırıldı.

Tədbirin iştirakçılarına Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin birgə hazırladıqları “Azərbaycanda sığınacaq” adlı məlumat kitabçaları paylanıldı.

Aparılan müzakirələrdən sonra təlimə yekun vuruldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb