REGİONLAR


Naxçıvanda son illərin ən sərt qışı yaşanır VİDEO

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında son illərin ən sərt qışı yaşanır. Belə ki, termometrlər gecə saatlarında 15-20 dərəcə şaxta göstərir.

AZƏRTAC xəbər verir ki, muxtar respublika ərazisində 2 aya yaxındır havanın temperaturu 0 dərəcədən aşağıdır. Bulaq və dağ çayları, su anbarları və göllər tamamilə buz bağlayıb. Sinoptiklərin məlumatına görə, belə şaxtalı havalar qarşıdakı günlərdə də davam edəcək.

Qeyd edək ki, qışa hazırlıq işləri vaxtında görüldüyündən güclü şaxta olan günlərdə belə istər istilik, istərsə də nəqliyyat təsərrüfatında heç bir çətinlik yaşanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.