REGİONLAR


Naxçıvanda taxıl biçininə başlanılıb

Naxçıvan, 21 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında taxıl biçininə başlanılıb. Hazırda Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçini mütəşəkkil keçirilir.

AZƏRTAC xəbər verir ki, taxıl biçinində istifadə olunacaq kombayn, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri ehtiyat hissələri alınıb gətirilib. Eyni zamanda, cəmiyyət tərəfindən servis xidməti də yaradılıb.

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında maarifləndirmə tədbirləri aparılıb, bütün kombaynlar yanğınsöndürmə balonları ilə təchiz edilib. Həmçinin taxıl biçininin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün 92 taxılbiçən kombayn, 125 lafet, 250 presvuran və yükünü özüboşaldan 80 avtomaşın saz vəziyyətə gətirilib. Biçində iştirak edəcək kombaynların 22-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 70-i isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.

Toplanılacaq taxıl “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul ediləcək. Taxıl tədarükü ilə əlaqədar hazırlıq işləri yekunlaşıb. İstehsalçılardan buğdanın hər kiloqramı 30, arpanın hər kiloqramı isə 25 qəpikdən qəbul olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.