SİYASƏT


Naxçıvanda təbiətə qayğı ilə yanaşılır

Naxçıvan, 6 avqust, AZƏRTAC

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqların sahəsi ilbəil artırılır. Keçirilən iməciliklər zamanı uzun müddət istifadə olunmayan torpaq sahələrində yeni meyvə bağları salınır. Hər il iməciliklər yolu ilə salınmış bağlardan min tonlarla meyvə tədarük edilir. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan iməciliklər isti yay günlərində də davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 6-da Naxçıvan Muxtar Respublikasında növbəti iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında və yaxınlıqdakı terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.

Uzun müddət əkilməyən 10 hektar ərazidə yaz aylarında terras üsulu ilə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilib, damcılı suvarma sistemi quraşdırılıb. İməcilik iştirakçıları meyvə tinglərinə aqrotexniki qulluq göstəriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payız aylarında ərazidə üzüm tinglərinin əkilməsi barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.