Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilib

Naxçıvan, 4 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək deyib ki, muxtar respublikada torpaq mülkiyyətçiləri müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və suvarma suyu ilə təmin olunur, kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əksər kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Əkinçiliyin inkişafında başlıca amillərdən biri məhsuldar toxum sortlarının yaradılmasıdır. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlar keyfiyyətli toxum sortları ilə təmin olunur. Təklif olunan sortların əkin dövriyyəsinə daxil edilməsi məhsuldarlığın yüksəlməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də bu sahədə işlər düzgün qurulmalı, mütərəqqi metodlardan istifadə olunmalı, əkin sahələrində aqrotexniki tədbirlər həyata keçirilməli, maarifləndirmə işi aparılmalıdır. Muxtar respublikada aid dövlət qurumlarının və təcrübə-sınaq sahələrinin fəaliyyət göstərməsi, mütəxəssislərin olması bu tədbirlərin həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: Torpağın əkilməsi əsas şərt deyil. Əsas məsələ torpaqdan səmərəli istifadə və bol məhsul yetişdirməkdir. Muxtar respublikanın blokada şəraitində yaşaması və əkinəyararlı torpaqların az olması taxıl və bostan-tərəvəz bitkilərinin əkinində mütərəqqi metodların tətbiqini, məhsuldarlığın artırılmasını və daxili tələbatın ödənilməsini zəruri edir. Torpaqlardan səmərəli istifadə olunmasında isə meliorasiya və irriqasiya işlərini görülməsi vacib məsələdir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, ötən il Babək və Culfa rayonlarının 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, o cümlədən “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılmış 2 min hektar torpaq sahəsinin 400 hektarında qapalı suvarma şəbəkəsi qurulmuş, bu il Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 600 hektara yaxın torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndində 120 hektarda qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir.

Qeyd olunub ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən biri də aqrolizinq xidmətinin təşkilidir. “Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazası gücləndirilir, hər il yeni kənd təsərrüfatı texnikaları, muxtar respublikanın iqlim və torpaq xüsusiyyətlərinə uyğun gübrələr alınıb gətirilərək torpaq mülkiyyətçilərinə verilir. Bundan başqa “Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin və rayon bazalarının nəzdində Kənd Təsərrüfatı Nazirliyinin dərman satışı yerləri yaradılıb.

Ali Məclisin Sədri deyib: Müasir dövrdə hər bir ölkənin inkişafı ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə ölçülür. Ərzaq təhlükəsizliyinin təmin olunması isə kənd təsərrüfatının inkişafından, bu sahədə yerli istehsalın həcminin artırılmasından asılıdır. Naxçıvan Muxtar Respublikasının uzun müddətdir blokada şəraitində yaşaması yerli istehsalın həcminin artırılmasını zəruri edir. Artıq muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 90 faizə yaxındır. Hazırda ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payının artırılması qarşıda duran əsas vəzifədir. Ona görə də aid təşkilatlar bu məsələyə diqqəti artırmalı, əkinçilikdə müasir aqrotexniki qaydalar tətbiq edilməli və bol kənd təsərrüfatı məhsulları istehsal olunmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatlara tapşırıqlar verərək deyib ki, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri davam etdirilməli, mütərəqqi suvarma metodları tətbiq olunmalı, əkin mədəniyyəti formalaşdırılmalıdır. Taxıl və bostan-tərəvəz bitkiləri ilə yanaşı, dənli-paxlalı bitkilərin əkini də genişləndirilməli, daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilməlidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatları əkin sahələri və müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Hazırda “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin tikintisi aparılır. Toxumçuluq təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalı, Kənd Təsərrüfatı Nazirliyinin yerli təcrübə-sınaq stansiyalarında hər bir rayonun iqliminə uyğun kənd təsərrüfatı bitkiləri seçilib yetişdirilməli və torpaq mülkiyyətçilərinə paylanılmalıdır. “Araz” Elm İstehsalat Birliyi elmi baza kimi fəaliyyətini genişləndirməli, təcrübələr aparılmalı, torpaq mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatların kollektivlərinə uğurlar arzulayıb.

Sonra muxtar respublikanın toxumçuluq təsərrüfatlarında yetişdirilən məhsuldar toxum sortlarına baxış olub.

Məlumat verilib ki, hazırda muxtar respublikada ümumi əkin sahəsi 910 hektar olan 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Təsərrüfatlarda yetişdirilən toxumluq buğdalar laboratoriyada analiz edildikdən sonra onlara yararlılıq barədə sertifikatlar verilir. Bu il təsərrüfatlarda 1871 ton məhsul istehsal olunub, bu günə qədər 837 ton toxum təmizlənərək dərmanlanıb. Hazırda bu iş davam etdirilir.

Muxtar respublikanın taxıl əkini sahələrində toxumçuluq təsərrüfatlarında yetişdirilən məhsuldar “Bezostaya”, “Qobustan”, “Quality”, “Güvən”, “Dağ-daş”, “Ceyhan-99”, “Sönməz”, “Gilavar” sortlarının əkilməsi nəzərdə tutulub. Bu toxum sortlarının əkin dövriyyəsinə daxil edilməsi orta məhsuldarlığı artıracaqdır. Taxıl sahələrində alaq otlarına və gəmiricilərə qarşı mübarizə məqsədilə də lazımi qədər herbisid və sink-fosfid preparatı tədarük olunub, torpaq mülkiyyətçilərinə maarifləndirici kitabçalar paylanıb.

Toxumçuluq təsərrüfatlarında yetişdirilən “Zaqatala-420” qarğıdalı sortu, “Qaraca-85” noxud sortu, sarımsaq, soğan, kartof və şənbəllə toxumları da yüksək məhsuldarlığa malikdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada qarğıdalı, soğan, sarımsaq və kartofa olan tələbat yerli istehsal hesabına ödənilir.

Yarma istehsalı daxili tələbatı ödəyir

Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan yarma istehsalı sahəsinə də baxıb.

Məlumat verilib ki, istehsal sahəsi Sahibkarlığa Kömək Fondundan ayrılan vəsait və müəssisənin daxili imkanları hesabına yaradılıb. İstehsal sahəsində quraşdırılan müasir avadanlıqlar keyfiyyətli məhsul istehsalına imkan verir. 576 kvadratmetr sahəyə malik olan müəssisədə 3 çeşiddə - 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə yarma və bulqur istehsal olunur. Müəssisənin istehsal gücü saatda 600 kiloqramdır. İndiyə kimi bu məhsula olan tələbat tamamilə idxal hesabına ödənilirdi. Lakin hazırda müəssisə daxili tələbatı tam ödəyir. Gələcəkdə məhsulun ixrac olunması da nəzərdə tutulur.

Sonra Ali Məclisin Sədri “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qüvvəli yem və un istehsalı sahəsinə də baxıb.

Bildirilib ki, yaradılan şərait quşçuluq və heyvandarlıq təsərrüfatlarının qüvvəli yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Xammal kimi yerli məhsullardan istifadə olunur. Un istehsalı sahəsində əhalinin tələbatına uyğun olaraq 4 çeşiddə - 1, 2 və 5 kiloqramlıq paketlərdə, eləcə də 50 kiloqramlıq kisələrdə un istehsal olunur.

Ali Məclisin Sədri istehsal sahələrində keyfiyyətə diqqət yetirilməsi, əhalinin tələbatının nəzərə alınması və daxili bazarın qorunması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO