ELM VƏ TƏHSİL


Naxçıvanda uğurlu tədqiqatlar aparılıb

Bakı, 19 aprel, AZƏRTAC

Naxçıvan ərazisi yura və paleosen dövrləri ərzində mərhələ-mərhələ saat əqrəbinin istiqamətində 30-40 dərəcə, eosen dövründə isə əks istiqamətdə 20-25 dərəcə dönüb. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsində məlum olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin geomaqnetizm şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Mənijə İsayevanın rəhbərliyi ilə qeyd olunan ərazilərdə 2015-ci ildən indiyədək yura, paleosen və eosen yaşlı çöküntülərdə paleomaqnit tədqiqatları aparılıb.

Digər tədqiqatların nəticələrinin analizi göstərir ki, Böyük Qafqazın cənub-şərq hissəsində yer qatının qərbdən şərqə doğru horizontal hərəkətləri şimala doğru daha sürətlə artır. Hərəkətlərin dönmələri isə azalır. Bu proseslər Böyük Qafqaza məxsus olan gərginliyin maksimal qiyməti və geodinamik aktivliyi ilə əlaqəlidir.

M.İsayeva bildirib ki, alınmış paleomaqnit nəticələr tədqiqat obyekti olan regionlarda Yerin maqnit sahəsinin xarakteri haqqında məlumatlar verir. Bu məlumatlar Naxçıvan ərazisinin və Böyük Qafqazın cənub-şərq hissəsinin yura, paleosen və eosen dövrlərini əhatə edən ümumi paleomaqnit şkalasının qurulmasına imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.