REGİONLAR


Naxçıvanda vətəndaşlar müasir peşə təhsili almaq imkanları ilə təmin ediliblər

Naxçıvan, 24 iyul, AZƏRTAC

Muxtar respublikada vətəndaşların müasir peşə təhsili alma imkanlarının təmin edilməsi diqqət mərkəzindədir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu məqsədlə mütəmadi olaraq kurslar təşkil edilir.

AZƏRTAC xəbər verir ki, cari ilin 6 ayı ərzində mərkəzə 156 müdavim qəbul olunub. Onlardan 6-sı sağlamlıq imkanları məhdud vətəndaşlardır. Həmçinin 51 nəfər ixtisasartırma kurslarına cəlb edilib. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində olanların sayı isə 24-dür. Mərkəzdə muxtar respublikanın bütün bölgələrindən olan müdavimlər də kurslar keçə bilər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, mərkəzi uğurla bitirən vətəndaşların 66-sı müvafiq yerlərdə işlə təmin olunublar.

Qeyd edək ki, 2009-cu il aprelin 7-də istifadəyə verilən Regional Peşə Tədris Mərkəzində ayrı-ayrı ixtisaslar üzrə müdavimlər təhsil alır. Hazırda təhsil ocağında qadın bərbəri, bərbər, elektrik montyoru ixtisasları üzrə kurslar keçirilir. Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər kurslarında isə ixtisas artırmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.